Marneuli küçələrində dayanacaq sistemi mövcud deyil. Buna görə də,
piyadalar üçün hərəkət demək olar ki, mümkün deyil. Yolun hər iki
kənarında da maşınlar sıraya düzülüb.
Heç səkilər də boş deyil. Piyadalar maşınların arasından keçməli,
bəzən isə yolun hərəkət hissəsinə çıxmalı olurlar. Marneuli
sakinlərinin fikrincə şəhərdə hərəkət günbəgün çətinləşir.
“Çox ağrılı mövzudur. Şosse ilə getməli oluruq, çünki maşınlar
düzgün saxlanılmayıb. Doğru deyirəm, uşaqla gəlirəm, şosseyə
çıxmalı oluram. Çünki maşınlar səkidə saxlanılıb, kimsə buna
baxsahəll etsə, çox sevinərdim” – dedi sakinlər.
“İlk növbədə uşaqlar üçün, məktəb şagirdləri üçün
problemdir. Nə bilim, xüsusi yer olmalıdır ki, yolu
keçsinlər” – dedi sakinlər.
Marneulidə xalqın sıx olduğu yerlərdən biri Rustaveli küçəsidir.
Burada bir neçə bank yerəşir. Avtomobillərin saxlanılması üçün isə
yer yoxdur. Buna görə də sürücülər avtomobilləri səkiyə çıxarırlar.
Marneulidə nə Rustaveli küçəsində, nə də digər yerlərdə dayanacaq
işarəsi olan bir yer yoxdur. Bu məsələ isə həm sürücüləri, həm də
piyadaları narahat edir.
“Yol Hərəkəti Haqqında” Gürcüstan qanununa görə, yolun hərəkət
hissəsində və səkidə avtomobillərin saxlanılması qadağandır.
Tbilisi meriyası artıq piyadaların hərəkəti üçün nəzərdə tutulmuş
yerlərin avtomobillərdən azad edilməsi üçün plan hazırlayıb.
Marneuli bələdiyyəsi isə yaxın gələcəkdə hər hansı bir dəyişiklik
etməyi nənzərdə tutmur.
“Bu mərhələdə gündəlikdə deyil. İlk növbədə vəsaitin
ayrılması lazımdır. Xərclər müəyyən dərəcədə hesablanıb, lakin, bu
il üçün bu məsələnin gündəliyə salınması
planlaşdırılmır” – bildirdilər meriyadan.
Marneuli meriyası problemin həllinə güman ki, gələn ildən
başlayacaq. İşə isə üç il bundan əvvəl gətirilməli olan
ekspertlərin də qoşulacağı gözlənilir.