19 yanvar üçün ulduz falı
19 Yanvar
2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd
edir.
Qoç - rahat, əlverişli, münasib gündür. Harasa
tələsməyin, səbrli olun, təmkinli davranın. Genişmiqyaslı layihənin
vaxtı hələ çatmayıb. Rutin fəaliyyətlə məşğul olun.
Günün olaylarında təbəddülat və qarışıqlıqlar var. Hadisələrin
axarına kəskin müdaxilələr etməsəniz, maraqlı sürprizlə
qarşılaşacaqsınız. Çoxdan tanıdığınız insanlardan birinin bələd
olmadığınız məziyyətini görəcəksiniz.
Hansısa mövzunun diqqətinizi bütünlüklə zəbt etməsinə imkan
verməyin.
Günün ikinci yarısında ehtiyatlı olun.
Buğa - planlarınızda dəyişikliklər olacaq. Ailə
üzvlərinizdən birinin və ya çətinliyə düşmüş yaxın insanın yardıma
ehtiyacı var. Rahat istirahət və əyləncə arzularınızı unudun.
Aktiv olun, işlərdə süstlük etməyin. Qarşınıza qoyduğunuz məqsədə
çatmaq üçün fəal olun.
Şəxsi münasibətlərdə emosiyalarınıza hakim olun. Amma
inadkarlığınız və qətiyyətiniz ifrata varmasın. Məşğul olduğunuz
işin effektivliyini düşünün.
İdeyalarınızı reallaşdırarkən yaşam və fəaliyyət arealını qaydaya
salın.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - hadisələrin məcrasında ləngimə hiss
olunur. Yeni layihə və ya iş danışıqlar mərhələsində qala bilər.
Kimisə nəyəsə inandırmaq və ya həqiqətə nail olmağa çalışırsınızsa,
vaxtınızı boşuna sərf etməyin.
Gedişat sizdən, fəaliyyətinizi təşkil etmək bacarığınızdan
asılıdır.
Anlaşma və sövdələşmələr, sərmayə yatırmaq üçün yaxşı gün
deyil.
Başladığınız işləri davam etdirin. Şəxsi münasibətlərdə problemlər
yarana bilər. Tərəfdaşla ümumi marağınızı həyata keçirməyə
tələsin.
Alış-verişdə diqqətli olun, bədxərclik etməyin. Sizi aldatmağa
çalışacaqlar.
Xərçəng - kollektiv fəaliyyətdə fayda var.
Fəaliyyətin dəqiq razılaşdırılması, görüləsi işlərin
paylaşdırılmasına ehtiyac duyulur.
Hadisələrin axarı zəifləyir. İşlərdə ləngimə və təxirəsalmalar ola
bilər. İnformasiya və ya mühüm xəbərlərin gözləntisi uzana
bilər.
Daxili harmoniya hissi sizə işləri yenidən planlaşdırmağa imkan
verəcək.
İndi yox, perspektivdə fayda vəd edən işə başlayın.
Alış-veriş üçün yaxşı gündür. Niyyətlərinizi reallaşdırın.
Düşünülmüş addımlar atın. Səy sərf etmədən heç nə əldə olunmur.
Şir - gün çoxsaylı işlər vəd edir. Nə iləsə
vidalaşmaq məcburiyyəti ilə qarşılaşacaqsınız. Təmir, yerdəyişmə,
yeniliklər, ərazinin təmizlənməsi üçün əlverişli gündür.
Səylərinizi yönəldəcəyiniz istiqaməti dəqiqləşdirin. Yeni planın
gələcəkdə maksimal effekt verməsinə can atın.
Yaxın ətrafınızdakı insanlardan biri təkidlə davranarsa, "yox"
deməyi bacarın.
Planlarınızda olmaya, amma vaxt, qüvvə və səy tələb edən işə
başlamayın.
Gərəksiz danışıqlara qatılmayın. Münaqişəli situasiyalarda diqqətli
davranın. Karyeranızda yeni perspektivlər formalaşa bilər.
Problemlərin həlli müzakirələr və danışıqlar səviyyəsində
qalacaq.
Qız - ötənlərdə baş vermiş hadisələrdən birinin
əks-sədası indi yaşanır. Harmonik və sakit gün olsa da, gözə
görünməyən nüanslar var.
Etibarlı tərəfdaşla çalışmağa can atın. Yenilik və ya ciddi maliyyə
xərcləri tələb edən işlə məşğul olun. Problemləri süni təkan və ya
təkid olmadan həll edin.
Sənədləşdirmədə təxirəsalmalar və ləngimələr ola bilər. Çağırış,
sorğu və ya məktubunuza cavab gecikəcək. Son vaxtlar gərginlik
yaşanıbsa, səhhətinizdə problemləri hiss edə bilərsiniz. Hansısa
nüans səbr kasanızı daşdıracaq son damlaya çevriləcək. İşlərinizdə
inadkar, təkidli olun. Qeyri-formal şəraitdə ünsiyyət, informasiya
axtarışı faydalıdır. Gözləntiləriniz izafi olmasın.
Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.
Tərəzi - problemlərinizi yaxın ətrafınızdakı
insanlarla bölüşə bilərsiniz. Yaşamınızın özəl məqamları və
sirlərinizi ətrafınızla bölüşməyin. Hissləriniz və emosiyalanızı
qaydaya salın. Sevdiyiniz insanların qayğısına qalın. Həssas
olun.
Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Həmişəkindən fərqli
şəkildə qərarlar qəbul etdiyiniz məqamlarda irəliləyişə nail ola
bilərsiniz. Gözlədiyiniz effektə nail olacaqsınız.
Daimi hərəkət və gərginlik tələb etməyən işlərlə məşğul olun. Axşam
saatlarında istirahət edin.
Əqrəb - əlavə işlər və sifarişlər məqbul deyil.
Aktiv olun, qətiyyətlə çalışın. Gün xoşagəlməz sürprizlər vəd edir.
Tənbəllik və süstlük etməyin.
Ailə qayğıları və ev işləri diqqət tələb edir. Alış-verişdə
diqqətli olun, bədxərclik etməyin.
Mübahisəyə qatılmayın, çünki nevrozluq və gərginlik səbəbindən
nəticələr xoşagəlməz ola bilər. Arzuolunmaz təsirdən qorunun.
Gərəksiz etiraf və etibar zamanı deyil.
Psixikanızın müdafiə funksiyalarından yararlanın. Bu gün münasib
vaxt deyil. Ciddi məsələlərin müzakirəsindən kənar durun. Sizə yeni
tapşırıqlar verməyə çalışacaqlar.
Oxatan - yarımçıq işləri başa vurun. İradlar və
tələblər üçün əlverişli zaman deyil. Uzun söhbətlər, diskussiyalar,
maraqsız işlərdən uzaq durun. Vaxtınızdan səmərəli istifadə
edin.
Ev işlərini unutmayın.
Heç nəyi mürəkkəbləşdirməyin. Sizə rəğbət bəsləyən insanla
təmaslarda həssas olun. Situativ problemləri ürəyinizə salmayın.
Ruhdan düşməyin, gələcəyə baxın. Səhhətinizə fikir verin. Ac
qalmayın. Eksperimentlər etməyin.
Oğlaq - kimsəyə imkan verməyin ki, sizə təzyiq
etsin. Ciddi işlə məşğul olun. Cari maraqlar və yaşamın
şərtlərindən asılı olaraq istiqaməti müəyyənləşdirin. Bir qədər
sonra gündəmə gədəcək məsələləri planlaşdırın. Görüş, ünsiyyət,
gərəkli xəbərlərin əldə olunması, planların müzakirəsi üçün
əlverişli zamandır.
Sizdən ciddi aktivlik gözləyirlər. Şəxsi işlərlə daha fəal məşğul
olun.
Əndişə və təlaşları müvəqqəti olaraq unudun, axşam saatlarında
yaxşı istirahət edin.
Ailə işləri və təmaslar ön plandadır. Praktiki olun, mövqelərinizi
daha səbatlı edin.
Dolça - niyyətinizə və ya planlarınıza mane ola
biləcək işlər baş verə bilər. Maraqlarınızın təminatına çalışın.
Yaxınlarınızın mənafeləri gündəmə gələrsə, planlarınızı çevik
şəkildə dəyişin.
Enerjinizi praktiki işlərə yönəldin. Yaşam arealını qaydaya salın.
Uzun müddət ərzində rutin çalışmağın gərəkdiyi yerdə səbrli
olun.
Yaşamınızda baş verən olayları anlamağa çalışın. Hazır olmadığınız
işlərə başlamayın. Təşəbbüskar olun. Etibar etdiyiniz insanlardan
dəstək almağa çalışın. Faydalı əlaqələr yaradın, birgə maraqların
təminatına rəvac verin. Yeni işlərə başlamağa tələsməyin.
Balıqlar - emosiyalarınıza hakim olun, baş
verənləri diqqətlə müşahidə edin. Hisslərinizin əsiri olmayın.
İntuisiya və məntiqlə davranın.
Etiraflara və vədlərə inanmayın.
İşlərinizin gedişatında transformasiya başlanıb. Fon hadisələrinə
fikir verməyin. Təmaslar və əlaqələrin ənənəvi sxemlərində
dəyişikliklər başlanıb.
Uğurlarınızda və ya uğursuzluğunuzda maraqlı olan insanlar sizə
diqqətlə baxırlar.
Əməllərinizin nəticəsini cari olaylara əsaslanaraq müəyyənləşdirə
bilərsiniz.
Hər şey sizdən asılıdır.