Mixeil Batiaşvili - Region və paytaxt arasında ümumi qabiliyyətin qiymətləndirilməsində 8-9 balla fərq var, çünki onlar hazırlaşa bilmirlər
20:13 / 07.02.2019
Region və
paytaxt arasında ümumi qabiliyyətin qiymətləndirilməsində 8-9 balla
fərq var, çünki onlar hazırlaşa bilmirlər – bildirib Gürcüstanın
Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Mixeil Batiaşvili
parlamentin plenar iclasında.
“Ümumi qabiliyyətin ilk qəbul olunmasında xoş məqsəd
var idi, daha konkret desək sosial qeyri-bərabərliyi aradan
qaldırmaq. Real olaraq statistik göstəricilərlər ümumi qabiliyyət–
məsləhətçilərlə, ədəbiyyatla ayrı sahəyə çevrildi.
Qeyri-bərabərliyin aradan qaldırılması məqsədimiz yerinə
yetmədi” - qeyd edib nazir.
Batiaşvilinin sözlərinə görə, milli imtahanların reforması
universitetlərin mutxariyyətinin artmasına istiqamətlənib.
“Onlar qəbul imtahanında istədikləri fənni tələb edə
biləcəklər və imtahanın keçirilməsini Qiymətləndirmə və Milli
İmtahanlar Mərkəzi təmin edəcək. Bu baxış sonuna qədər
formalaşmayıb və çalışmalar universitetlərin də qoşulması ilə davam
edir. Bəzi universitet artıq qəbul imtahanında hansı fənnə üstünlük
verəcəyinin üzərində çalışır” - qeyd edib
Batiaşvili.