Tsknetidə bələdiyyə avtobusu aşıb və ağaclara çırpılıb, 7 nəfər yaralanıb
10:37 / 12.02.2019
Tsknetidə yol nəqliyyat hadisəsi baş verib –
Bələdiyyə avtobusu aşıb və ağaclara
çırpılıb.
Əldə olunan
məlumata görə, 7 nəfər yaralanıb. Təcili tibbi yardım briqadaları
yaralıları Xeçinaşvili klinikasına aparıb. Hadisə yerinə polis cəlb
olunub. Avtobusun sürücüsünün dediyinə görə, avtobus əyləc
sisteminin sıradan çıxması nəticəsində aşıb.
“Saxladım, düşənlər düşdü. Bu vaxt əyləc sıradan çıxdı,
tutmadı, üzüaşağı getməyə başladı, sürəti azalda bilmədim. Özümü
itirmədim, orada ağaclar saxladı. Yoxlanılmışdı, lakin insanın
başına iş gələndə gəlir, dəmirdi da”, – Avtobusun
sürücüsü bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, baş vermiş hadisə
ilə bağlı Cinayət Məcəlləsinin nəqliyyat vasitələrinin hərəkət
təhlükəsizliyi və ya istismar qaydalarının sağlamlığa yüngül
xəsarət yetirilməsi ilə nəticələnən pozulmasını nəzərdə tutan
276-cı maddəsinin birinci hissəsi ilə istintaq başlayıb.