Marneulinin ilk icma radiosu dünya radio gününə qoşulur
13:38 / 13.02.2019
Bu gün, 13 fevral tarixində 2011-ci ildə UNESCO tərəfindən əsası
qoyulan, Dünya Radio günü qeyd olunur. Dünya Radio gününün əsasının
qoyulması İspaniyanın təşəbbüsü ilə UNESCO-nun 36-cı Baş
Konfransında təsdiqlənib. Dünya Radio gününün qeyd olunmasına 13
fevralda qərar verilib. Çünki 1946-cı ilin bu günü BMT-nin radiosu
yaranıb. Yerli əhalinin bir hissəsi radionun ictimai rolunu
əhəmiyyətli olaraq dəyərləndirir.
Dünyada ilk dəfə davamlı radio yayım ABŞ-da, Pitsburqda 1921-ci
ilin noyabrında, Gürcüstanda isə 1925-ci ilin 23 mayında Tbilisidə
başlayıb. Marneulidə ilk dəfə radio rolunu gücləndirmək və yaratmaq
təşəbbüsü 2006-cı ildən başlayıb və buna Marneulili gənclər aktiv
şəkildə qoşulub.
Ancaq radio bir çox çətinliklərlər üzləşib və maneələr qarşısında
qalıb. öz qüvvələri ilə isə həmişə azad, aktiv media sahə yaratmağa
çalışıblar və bu sahə icmada aktiv olaraq işləyəcəkdi. Təəssüf ki,
siyasi aspektlərə görə icma radiosu 10 il ərzində bu stereotiplər
və mitlərlə mübarizə aparmalı olub ki, icmada fəaliyyət
göstərsin.
Çox çətinliklərdən sonra bu güna artıq 96.6 dalğasında FM
yayımdayıq. Həmişə öz rolunu cəmiyyətdə təsdiqləmək asan deyil,
ancaq bizim əsas məqsədimiz icmanın məlumatlandırılması və ictimai
işlərə qoşulmasıdır. Hal-hazırda yayım iki dildə azərbaycan və
gürcü dilində gedir. Hər gün regionda gedən yenilikləri əhaliyə
çatdırırıq. Vacib mövzular axtarırıq və Marneuli sakinləri üçün
aktuallıq yaradırıq.
“Marneuli” Radiosu “Açıq mikrofon” prinsipi ilə də çalışır və
icmanın hər hansı maraqlanan şəxsinə imkan yaradır ki, sahədən
məqsədyünlü şəkildə istifadə etsin. Bu müəllif verlişlərinin
hazırlanması (idman, musiqi, incəsənət, ədəbiyyat və.s.) və ya
Marneulidə vacib məsələlərin diskusia formatından müzakirəsi də ola
bilər.