Slovenyalı deputat sendviç oğurluğuna görə vəzifəsindən istefa edib
19:04 / 15.02.2019
Sloveniyanın
parlament üzvü idarəçi komandadan vəzifəsindən istefa edib. Səbəb
isə sendviç oğurlamasıdır.
Dariya Kraiçiçi deyir ki, ərzağı almaq
istəyirmiş, ancaq mağaza xidmətçisi ona diqqət yetirməyib və qərar
verib ki, marketin təhlükəsizliyini “test etsin”.
Deputat deyir ki, sonradan mağazaya qayıdıb və sendviçin pulunu
ödəyib.
Deputat cəmiyyətdən öz “sosial eksperimentinə” görə üzr istəyib. Bu
məsələni deputatın özü ictimai olaraq komitənin iclasında lətifə
kimi danışıb. Məlum olub ki, mağazanın əməkdaşları deputatın
hərəkətini görməyiblər.
İlk əvvəl deputatlar onun lətifəsinə gülüblər, ancaq sonradan
fraksiya rəhbəri baş verənin qəbuledilməz olduğunu bildirib və
deputat özü istefa verib.