"Gürcü Arzusu" Parlamentdə konstitusion çoxluğunu itirib
16:34 / 22.02.2019
Üç deputatın
çoxluqdan çıxması nəticəsində “Gürcü arzusu” Gürcüstan
Parlamentində konstitusional çoxluğunu itirib.
Gürcüstanın 150 üzvlük parlamentində konstitusiya çoxluğuna ən az
113 deputatı olan partiya malikdir. “Gürcü Arzusu” 2016-cı ildən
konstitusional çoxluğa sahib idi – qanunvericilik orqanında “Gürcü
Arzusunun” 115 deputatı var idi.
Ancaq 2018-ci ildə çoxluğu deputatlar Davit Cicinadze tərk etdi və
nəticədə Gürcü Arzusunun 114 deputatı qaldı.
22 fevralda isə məlum oldu ki, çoxluğu Beka Natsvlişvili və Eka
Beseliya tərk edirlər. Həmçinin güman edilir ki Levan Qoqiçaişvili
də tərk edəcək. Müvafiq olaraq Gürcü Arzusu konstitusional çoxluğu
itirib. 25 fevralda ola bilsin çoxluğu Qedevan Popxadze də tərk
etsin, o, bəyanat verməyi planlaşdırır.