Marneulinin "divar arxasındakı" sakinləri (FOTO)
15:31 / 16.07.2019
Əgər
bir dəfə belə Marneulidə olmusunuzsa yəqin ki, Marneulinin
mərkəzinə gedənə qədər kilometrlərlə uzanan hasar sizin diqqətinizi
çəkib.
Qəhvəyi rəngli divar bir növ dairəyə alınmış
küçəni də xatırladır və bir tərəfdən həqiqətən də yüzlərlər sakini
özündə sığışdırır. Dar küçələr, asfaltsız yol, çox sayda qıfıllı
evlər, üzüm talvarları – bunlar həmin “divarın o tərəfində”
qarşımıza çıxanlardır.
Əhali özünü heç də təcrid edilmiş hesab etmir və divarı sakitliyi
qorumaq rəmzi hesab edirlər.
“Mənim küçəm çox sakitdir, heç bir təhlükə yoxdur. Nə
olsun ki, divarın arxasındadır? Divar hər şey demək deyil, bizimlə
Marneuli arasını bölən deyil, biz Marneulinin bir
hissəsiyik” - Marneulidə Bağdat küçəsində yaşayan
sakin deyir.
Burada yaşayan sakinlər deyir ki, divar 50 ildən artıqdır var.
Onlar istəyirlər ki, yaxınlıqda kiçik park və istirahət üçün məkan
da olsun.
İllər əvvəl tikilmiş divarın bərpası Marneulinin keçmiş meri Temur
Abazovun təşəbbüsü ilə keçən il həyata keçirildi.
Marneulinin 4 saylı ictimai məktəbinin ətraf ərazisində olan divar
qəza vəziyyətində idi və məktəb şagirdləri və oradan keçənlər üçün
təhlükə yaradırdı. Divarın bərpası üçün yerli büdcədən 38 000 lari
ayrılıbmış.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166