Braziliyada prezidentliyə əsas namizədlərdən biri Jair
Bolsonaronu yaralayıblar.
BBC-nin yazdığına görə, ultra-sağçı siyasətçiyə
seçki kampaniyası çərçivəsində planlaşdırdığı tədbirdə hücum
ediblər.
Hadisənin əks olunduğu videomaterialda Bolosonaronun tərəfdarlarını
salamlayarkən bıçaqla yaraladıqları görünür. Şübhəli şəxsi polis
saxlayıb.
Tərəfdarları əvvəlcə prezidentliyə namizədi yerə uzadıblar, daha
sonra isə maşına qoyaraq xəstəxanaya aparıblar. Bolosonaronun çox
qan itirdiyi bildirilir. Onun oğlunun “Twitter” sosial şəbəkəsində
yazdığına görə, siyasətçini xəstəxanaya ölümcül vəziyyətdə
çatdırıblar.
BBC-nin dəyərləndirməsinə görə, Bolosonaro öz
irqçi və homofobiya məzmunlu şərhləri ilə çox sayda braziliyalı
qıcıqlandırıb.