Marneuli və Hucab yepiskopu Qiorqi – Hakimiyyəti əhalimiz üzərində təcrübə aparmaqdan əl çəkməyə çağırıram

“Hakimiyyəti əhalimiz üzərində təcrübə aparmaqdan əl çəkməyə çağırıram”, - bu barədə Marneuli və Hucab yepiskopu Qiorqi sosial şəbəkədə yazıb. Bununla o, DİN-in marixuana yetişdirilməsi ilə bağlı təşəbbüsünə reaksiya göstərib.


"Ölkəmiz dünya sivilizasiyası qarşısında ilk növbədə üzüm və buğda vətəni kimi qəbul edilir. İsa Məsih Allahla Yevxaristiya əlaqəsini nəzərdə tutan ən böyük sirr olan çörək və şərabı yerinə yetirdi. Belə ölkədə hökumət, marixuana becərmək və satmaq qərarına gəlib. Düşünürəm ki, bu təşəbbüs mənəvi deyil, bir çox riski ehtiva edir. Mən hakimiyyəti əhalimiz üzərində təcrübə aparmaqdan əl çəkməyə çağırıram”, - bu barədə Marneuli və Hucab yepiskopu Qiorqi bildirib.

 

 

Print ელ. ფოსტა
თეგები: marixuana Marneuli
FaceBook Twitter Google