Daxili İşlər Nazirliyi bu il 25 kiloqram heroin müsadirə edib və 143 narkotik alverçisini saxlayıb

Daxili İşlər Nazirliyi bu il qeyri-qanuni dövriyyədən 25 kiloqram heroin çıxarıb və 143 narkotik alverçisini saxlayıb.

Qeyd olunan məsələ ilə bağlı DİN Mərkəzi Cinayətkarlıqla Mübarizə Polisi Departamentinin direktoru Vladimer Bortsvadze brifinq keçirib.

“Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və narkotik alverçilərinə qarşı fəal, amansız mübarizədir.

Mərkəzi Cinayətkarlıqla Mübarizə Polisi Departamentinin əməkdaşları bu ili 16-17 sentyabr tarixində Poniçala və Marneuli rayonunda eyni zamanda həyata keçirilmiş irimiqyaslı əməliyyat tədbiri nəticəsində, məhkəmə qərarı əsasında narkotik vasitələrin alınması-saxlanılması və satışı ittihamı ilə 4 nəfəri 985-ci ildə anadan olmuş E.A., 1992-ci ildə anadan olmuş E.A., 1975-ci ildə anadan olmuş Q.A və 1991-ci ildə anadan olmuş B.M.-i saxlayıb.

İstintaq nəticəsində müəyyən olmuşdur ki, müttəhimlər sistematik olaraq narkotik vasitələrin satışını həyata keçirirlərmiş. Hüquq mühafizə orqanları məhkəmə qərarı əsasında onlardan bir neçə dəfə narkotik vasitələrin alışını həyata keçiriblər və bu əməliyyatı audio-video yazısını qeydə alıblar. Polis hər dörd nəfərdən qeyri-qanuni satılan narkotik vasitə heroini maddi dəlil kimi götürüb.

Mərkəzi Cinayətkarlıqla Mübarizə Polisi Departamentinin əməkdaşları tərəfindən “Sadaxlı” sərhəd-keçid məntəqəsi ərazisində narkocinayətə görə 4 nəfər İran vətəndaşı saxlanılıb. 1982-ci ildə anadan olmuş A.C., 1980-ci ildə anadan olmuş R.Q., 1989-cu ildə anadan olmuş S.B. və 1991-ci ildə anadan olmuş J.Q.-nin üzərlərinin axtarışı nəticəsində ayaqqabılarının altında yerləşdirdikləri 2 kq. 780 q. Narkotik vasitə heroin müsadirə ediblər.

Külli miqdarda narkotik vasitənin qeyri-qanuni alınması-saxlanılması faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə istintaq davam edir.

Əlavə olaraq bildiririk ki, son doqquz ay ərzində Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəal işləri nəticəsində 143 nəfər narkotik alverçisi saxlanılıb.

2018-ci ilin bir yanvar tarixindən bu günədək 25 kq heroin, 1,5 kq kokain, 8990 ədəd “Suboteks” və “Suboksin” həbi, 2,1 kq. “MDMA”, 1,2 kq. psixotrop dərman müsadirə olunub”,
- Nazirlikdən bildirilir.

Mənbə: ipn.ge

 


Print ელ. ფოსტა
FaceBook Twitter Google