MSK prezident olmaq arzusunda olan 46 nəfərdən 20-nin namizədliyinin qeydiyyata alınmasından imtina edib

MSK prezidentliyə namizədliyini irəli sürmək istəyən 46 nəfərdən 20-nin namizədliyinin qeydiyyata alınmasından imtina edib, iki nəfərin namizədliyi isə müzakirə olunur.


Namizədlikdən imtina edilməsinin səbəbi kimi namizədlərin dəstəkçilərinin siyahısını təqdim etməməsi göstərilir.

Prezidentliyə namizədlikləri qeydə alınmayanlar Qia Çxikvadze, Koba Culakidze, Qiorqi Qaxokia, Nikoloz Lekişvili, Davit Amaşukeli, Tamaz Bibiluri, Bondo Barataşvili, Eliso Donadze, Vaja Çxaidze, Zakaria Roçikaşvili, Zaur Mekokişvili, Qiorqi Şenqelia, Besik Apxaidze, Avtandil Pilauri, İoseb Bibileişvili, İakob Qriqoryev, Nino Cikia, Deniza Sumbadze, Maia Ninua və İvane Nuqzaraşvilidir.

MSK-nın məlumatına görə, Mixeil Antadze və Otar Meunarqianın namizədliyi məsələsi isə müzakirə olunur.

Qeyd edək ki, MSK-nın məlumatlarına görə, bu namizədlərin hamısının namizədlikləri təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google