Tbilisidə, Paliaşvili küçəsində iki nəfəri yaralayıblar. Onların
odlu silahla yaralandıqları güman olunur.
Hadisə ötən gecə baş verib.
Daxili İşlər Nazirliyindən “Netgazeti”yə verilən məlumata görə,
Cinayət Məcəlləsinin iki maddəsi – 117-ci və 236-cı maddələri ilə
istintaq başlayıb.
Həmin maddələr sağlamlığa qəsdən ağır xəsarət vurma və odlu silahın
qeyri-qanuni şəkildə saxlanılması-gəzdirilməsini nəzərdə tutur.