Xəbərlər
Parlament tam olaraq Kutaisidən Tbilisiyə köçürlür

Gürcüstan Parlamenti plenar iclaslarını 2019-cu ilin yanvarından etibarən paytaxtda davam etdirəcəyi ehtimal olunur.


Məlumatı ilk olaraq öz mənbələrinə istinadən İctimai kanal yayımlayıb.

Bu məlumatı “Netgazeti”yə çoxluğun millət vəkilləri Qia Qaçeçiladze və Qia Jorjoliani də təsdiqlədi.

Bu qərar Parlamentin tam olaraq Tbilisiyə gələcəyini nəzərdə tutur.

Birinci kanalın məlumatına görə, hakim komanda artıq Parlamentin reqlamentinə dəyişikliklərin müzakirə edilməsi ilə bağlı qərar qəbul edib.

Qia Qaçeçiladzenin dediyinə görə, Parlamentin plenar iclasların Tbilisi Parlament binasında keçirilməsini nəzərdə tutan reqlament layihəsini bu gün nəzərdən keçirəcəyi gözlənilir.

Kutaisi şəhərindəki binaya gəlincə, birinci kanalın yazdığına görə, binanın Daxili İşlər Nazirliyinə təhvil verilməsi göslənir. Qia Qaçeçiladzenin sözlərinə görə, bu məsələyə dair müxtəlif variantlar müzakirə ediləcək, bununla belə “ciddi versiyalardan biri” kimi binanın regional polis idarəsinə çevrilməsinin müzakirə ediləcəyini də təsdiqlədi.

 

Mənbə: Netgazeti

 

| Print |
თეგები: Gürcüstan Parlamet
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan
Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların
hüquqi vəziyyəti”
12:11 / 17.09.2017
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların hüquqi vəziyyəti”
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan
Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların
hüquqi vəziyyəti”
12:11 / 17.09.2017
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların hüquqi vəziyyəti”
პოპულარული სიახლეები
ჩვენ ფეისბუქზე :)
პოპულარული ფიქსირებული დღეებით
ვიდეო სიახლეები