Parlament tam olaraq Kutaisidən Tbilisiyə köçürlür

Gürcüstan Parlamenti plenar iclaslarını 2019-cu ilin yanvarından etibarən paytaxtda davam etdirəcəyi ehtimal olunur.


Məlumatı ilk olaraq öz mənbələrinə istinadən İctimai kanal yayımlayıb.

Bu məlumatı “Netgazeti”yə çoxluğun millət vəkilləri Qia Qaçeçiladze və Qia Jorjoliani də təsdiqlədi.

Bu qərar Parlamentin tam olaraq Tbilisiyə gələcəyini nəzərdə tutur.

Birinci kanalın məlumatına görə, hakim komanda artıq Parlamentin reqlamentinə dəyişikliklərin müzakirə edilməsi ilə bağlı qərar qəbul edib.

Qia Qaçeçiladzenin dediyinə görə, Parlamentin plenar iclasların Tbilisi Parlament binasında keçirilməsini nəzərdə tutan reqlament layihəsini bu gün nəzərdən keçirəcəyi gözlənilir.

Kutaisi şəhərindəki binaya gəlincə, birinci kanalın yazdığına görə, binanın Daxili İşlər Nazirliyinə təhvil verilməsi göslənir. Qia Qaçeçiladzenin sözlərinə görə, bu məsələyə dair müxtəlif variantlar müzakirə ediləcək, bununla belə “ciddi versiyalardan biri” kimi binanın regional polis idarəsinə çevrilməsinin müzakirə ediləcəyini də təsdiqlədi.

 

Mənbə: Netgazeti

 

Print
თეგები: Gürcüstan Parlamet