Xəbərlər
DTX Səhiyyə Nazirliyinin Tənzimləmə Agentliyinin rəhbərini saxlayıb

Bu gün, 24 sentyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti Səhiyyə Nazirliyinin Tənzimləmə Agentliyinin rəhbəri Qia Tvalavadzeni saxlayıb.



DTX onu əczaxana narkomaniyası sahəsində psixotrop vasitələrin qeyri qanuni dövriyyəsinin istintaqı çərçivəsində saxlayıb. O, səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

DTX nümayəndəsinin bu gün keçirilən brifinqdə bildirdiyinə görə, Tvalavadze ilə bərabər daha 5 vətəndaş saxlanılıb. İstintaqın məlumatına görə, Tbilisi və Qoridə yerləşən 15 əczaxanada psixotrop vasitələrin qeyri-qanuni satışı həyata keçirilirmiş və Tənzimləmə Agentliyinin rəhbəri buna reaksiya göstərməyib.

“Dövlət Təhlükəsizlik Xidmətinin Rüşvətlə Mübarizə Agentliyinin əməkdaşları qeyd olunan cinayət hadisəsinə görə 20 nəfəri məsuliyyətə cəlb edib. Onların qeyri-qanuni sahibkarlıq fəaliyyəti və psixotrop vasitələrin reseptsiz satışından əldə etdikləri gəlir ümumilikdə 4 094 709 lari olub”, - Dövlət Təhlükəsizlik Xidmətindən bildirirlər.

İstintaq vəzifə səlahiyyətlərindən sui-istifadə və qrup şəklində qeyri-qanuni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi maddələri ilə aparılır ki, bu da 3 ildən 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

 

Mənbə: Netgazeti

 

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan
Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların
hüquqi vəziyyəti”
12:11 / 17.09.2017
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların hüquqi vəziyyəti”
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan
Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların
hüquqi vəziyyəti”
12:11 / 17.09.2017
Bu gün, 13 sentyabr Marneuli bələdiyyəsinin kitabxanasında Levan Mikeladze adına fond “Gender bərabərliyi və Gürcüstanda qadınların hüquqi vəziyyəti”
პოპულარული სიახლეები
ჩვენ ფეისბუქზე :)
პოპულარული ფიქსირებული დღეებით
ვიდეო სიახლეები