Smit ailəsinin üç üzvünün qətlə yetirilməsində ittiham olunan Malxaz Kobauri bu gün Xada dərəsinə, hadisənin baş verdiyi yerə aparılacaq

Smit ailəsinin üç üzvünün qətlə yetirilməsində ittiham olunan Malxaz Kobauri bu gün Xada dərəsinə, hadisənin baş verdiyi yerə aparılacaq və orada ifadəsi alınacaq.


Kobaurinin vəkili Aleksandre Kobaidzenin “İnterpresnyus”a bildirdiyinə görə, müdafiə tərəfi müttəhimin hadisə yerində dindirilməsini tələb edib.

“Malxaz Kobaurinin hadisə yerinə aparılması və orada dindirilməsi bizim vəkillərin iştirakı ilə baş tutacaq” – Kobaidze bildirib.

Xatırladırıq ki, Malxaz Kobauriyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsinin “q”, 2-ci hissəsinin “b”, 3-cü hissəsinin “a” və “d” bəndləri (xüsusi amansızlıqla, başqa cinayəti gizləmək məqsədilə, həddi buluğa çatmadığı cinayətkara əvvəlcədən məlum olan şəxsi və iki nəfəri qəsdən öldürmə) ilə ittiham irəli sürülüb.

19 yaşlı çoban Xada dərəsində amerikalı ər-arvad və onların 4 yaşlı uşaqlarını qətlə yetirməkdə ittiham olunur.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google