Amiran Qiorqadzenin mülkiyyətində yalnız iki torpaq sahəsi və yaşayış evi var
12 sentyabr 2018-ci il tarixində Amiran Qiorqadze tərəfindən doldurulmuş bəyannaməyə görə, o, 2011-ci ildə miras yolu ilə Saimerlo kəndində 159 kv.m. sahəsi olan yaşayış evi və 1161 kv.m. torpaq sahəsi əldə edib.
2009-cu ildə Qiorqadze Marneuli şəhərində 9000 lariyə 300 kv.m. torpaq sahəsi alıb.

Amiran Qiorqadze həyat yoldaşından fərqli olaraq daşınar əmlaka sahib deyil. Onun həyat yoldaşı İamze Qelaşvilinin mülkiyyətində iki minik maşını – 2015-ci ildə 3 500 dollara alınmış Toyota IST və 2018-ci ildə 8 000 dollara alınmış Toyota Camry var.

Qiorqadzenin nə bank hesabında, nə də nəğd olaraq pul vəsaiti yoxdur.

Amiran Qiorqadze “Marneuli Trans” MMC-nin 16% səhmlərinə malikdir. Ötən il 1 yanvardan 31 dekabradək müəssisənin fəaliyyətindən əldə olunmuş gəlirin miqdarı 5 000 lari olub.

"Marneuli" Radiosu
Print