Məktəb buraxılış imtahanları 8-dən 4-ə qədər azala bilər
Məktəb buraxılış imtahanlarının sayı (CAT) 4-ə qədər azala bilər. Bu haqda Gürcüstan parlamentinin Təhsil, Elm, və Mədəniyyət Komitəsinin sədri Mariam Caşi İPN-ə bildirib.

Caşinin sözlərinə görə, dörd əsas fənn üzrə imtahan verilən Avropa ölkələrinin təcrübəsindən istifadə oluna bilər – ana dili, riyaziyyat, xarici dil və bir seçim fənni.

“Mixeil Batiaşvili qərar elan edib ki, 2020-ci il üçün radikal olaraq attestat imtahanları sistemi dəyişəcək. 2019-cu ildə imtahan testlərinin çətinləşdirilməsinə gəldikdə isə bu istisnadır. Abituriyentlər rahat məktəb və universitet mərhələsi üçün hazırlığa davam edə bilərlər. Çox sevinirəm ki, iki il bundan əvvəl imtahanların dəyişdrilməsi ehtiyacı ilə bağlı səsləndirdiyim baxış Mixeil Batiaşvilinin baxışlarına uyğundur və biz bunun üzərində bərabər çalışacağıq.

Birmənalı şəkildə düşünürəm ki, say olaraq imtahanlar çoxdur.Bəzi imtahanlar müəyyən konfliktə gəlir – məktəbi bitirən mərhələdə şagird milli imtahanlarda verdiyi həmin imtahanları verə bilər. Bu isə təkrar olur və proses sağlam deyil.

Bu məsələ ilə bağlı ilk dəfə fikir bildirəndə cəmiyyət də dəstək göstərdi, ancaq mütəxəssislər tərəfindən etiraz gəldi. Bundan sonra Skandinavya ölkələrinin eləcə də müxtəlif beynəlxalq təcrübələrlə tanış oldum. Əksər ölkələrdə attestat imtahanı 4 fənndə verilir – ana dili, riyaziyyat, xarici dil və bir seçim fənni. Bizim şagirdlərin verdiyi 8 imtahanlara demək olar ki, heç bir ölkənin təcrübəsində rast olunmur. Attestat imtahanlarının sayını azaltmalıyıq. Sonra mövcud təkrarlanmanın azaldılması və ali təhsil müəssisələrinə qəbul imtahanlarının səviyyəsində dəyişikliklər necə daxil olacaq buna dair müəyyən fikirlər var, amma əvvəlcədən səsləndirmək istəmirəm, çünki məsələnin müzakirəyə ehtiyacı var”
– bildirib Mariam Caşi.

Print ელ. ფოსტა
FaceBook Twitter Google