Fövqəladə Halların İdarəsi Xidməti DİN-in tərkibinə qayıdır
Fövqəladə Halların İdarəsi Xidmətinin DİN-in tərkibinə birləşdirilməsi məsələsinə dair qərar qəbul olunub.
İPN-in məlumatına görə, bu gün baş nazirə tabe olan müəssisə yenidən DİN-nin müəssisəsi olaraq formalaşacaq və bu formada 1 yanvardan qüvvəyə minəcək. Müvafiq qanunvericilik dəyişikliklərinin müzakirəsi yaxın dövrdə başlayacaq – qanunlayihə hazırdır və güman ki, gələn həftə hökumət iclasına çıxarılacaq sonra isə parlamentə göndəriləcək.

Mövcud olan qeyri-rəsmi məlumata görə, DİN-ə tabe olacaq müəssisəyə Şalva Xutsişvili rəhbərlik edəcək. Bu gün o, öhdəlik yerinə yetirən şəxs vəzifəsini daşıyır.

Xatırladaq ki, 2017-ci ilin sonunda hökumətdə həyata keçirilmiş struktur dəyişiklikləri çərçivəsind böhranların idarəsi və təhlükəsizliyi şurası ləğv olunub. DİN-dən Fövəqladə Halların İdarəsi Agentliyi ayrılıb və onların bazasında Fövəqladə Halların İdarəsi Agentliyi yaradılıb. Fövəqladə Halların İdarəsi Agentliyi böhranların idarəsi komponentini məmimsəyib və o, baş nazirə tabe olacaq.

Qeyd olunan dəyişikliklər Daxili İşlər Nazirinin vəzifəsini Giorgi Qaxaria tutan zaman həyata keçirilib. Yeni xidmət rəhbərliyini isə Qaxariadan əvvəlki Giorgi Mğebrişviliyə təhvil veriblər.

Qeyd olunmalıdır ki, parlament yaz sessiyasının sonunda qanunvericilik paketini təsdiqləyib və onun əsasında DİN-in tərkibindən keçmiş Fövəqladə Halların İdarəsi Xidmətinin reformaları və yeni sistemləri formalaşıb.

Mənbə: İnterPressNews
Print