Yüksək təhlükə daşıyan işlərin qeydiyyat müddəti 30 oktyabra qədər uzanacaq
Ticarətlə məşğul olan sahibkarların lisenziya sənətlərini yenilənməsi ilə bağı bu gün, Marneuli və ətraf rayondan əhali Marneuli Ədliyyə Evinə üz tutublar. Hal-hazırda ədliyyə evinin qarşısında əhali sıxlı müşahidə olduğu bildirilir. Sahibkarlar sənətlərinin yenilənməsi üçün ədliyyə evinin qarşısında öz sıralarını gözləyirlər.

Sahibkar tərəfinən "Marneuli" Radiosuna verilən məlumata görə, bu gün sənədlərinin yenilənməsi haqda onlara qeyri rəsmi olaraq məlumat veriblər. Onlarda panikə düşərək Ədliyyə Evinə üz tutublar. Yenilənmə haqda isə heç kimin məlumatı yoxdur. Ticarət sahəsinin hansı növü ilə məşğul olan sahibkarlar öz sənədlərini yenilənəcək bu haqda sahibkarların məlumatı yoxdur.

Onların verdiyi məlumata görə, yenilənmə 30 sentyabr tarixinə kimi olduğunu deyirlər. Bu müddət ərzində sahibkarlar əgər öz sənətlərini yeniləməsə, onlara 1 500 lari məbləğində cərmənin yazılacağını deyirlər. İndi sahibkarlar nə edəcəklərini bilmirlər.

Səhiyyə Nazirliyinin məlumatına görə, yüksək təhlükə daşıyan ağır, zərərli və təhlükəli işlərin qeydiyyat müddətinə dəyişikliklər daxil olub.

Nazirliyin məlumatına görə, qeydiyyat məqsədi ilə maraqlanan şəxslərin yüksək müraciətindən dolayı qeydiyyatı dövrü 30 gün uzadılıb və son müddət olaraq 2018-ci ilin 30 oktyabrı müəyyən edilib.

Bu gün, 28 sentyabrda Gürcüstanın Ədliyyə evləeində növbədir. Qanunun aid olduğu şəxslər qeydiyyatdan keçməyə çalışırlar.

"Əmək təhlükəsizliyi haqqında" Gürcüstan qanununa əsasən Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilmiş artıq dərəcədə təhlükə daşıyan ağır, zərərli və təhlükəli işlər həyata keçirən bütün şəxslər (2018-ci ilin 1 avqustundan qüvvəyə minib) Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq müvafiq işləri iqtisadi işlər üzrə reyestrdə qeydiyyat etmək öhdəliyi daşıyır.



Fotonun müəllifi: Fuad Qəhrəmanov
წყარო: batumelebi.netgazeti.ge
ფუად გახრამანოვ
Print ელ. ფოსტა
FaceBook Twitter Google