Gürcüstanın Ədliyyə Nazirliyinin tabeçiliyində olan İctimai
Hüquqi Şəxslərin - "İctimai Reyestein Milli Agentliyi" və "Smart
Lojik"in baş ofisinin fasadı və daxili işləri üçün 11 milyon 626
min lari nəzərdə tutulub.
İctimai reyestrin Milli Agentliyi bu dəyərdə elektron tenderi artıq
elan edib. İşlərin yerinə yetirilməsi yeri Tbilisi, Didi Xeivani k.
N3. İşlər tenderdə qalib gələnlə müqavilənin bağlanmasından 14 ay
ərzində yerinə yetirilməlidir.
Tender üçün təkliflərin qəbulu 2018-ci ilin 14 oktyabrında
başlayacaq və altıncı günü 19 oktyabrda başa çatacaq. "İctimai
reyestrin milli agentliyi" və "Smart Lojikin" baş ofisinin
tikintisinə dair tenderdə qalib gələn kampaniya ilə 2017-ci ilin 2
martında 4 milyon 980 min lariyə müqavilə bağlanıb.
Baş ofisin konsteuksiya hissəsinin tikintisi ictimai reyestrin
tender komissiyasına uyğum olan protokolda qeyd olunduğuna əsasən
güman ki, 2018-ci ilin noyabrında başa çatıb.
Həmin protokola əsasən baş ofisin tikilən binanın daxili təmir
işləri üçün lazım olan 11 milyon 626 min lari (ədv da daxil
olmaqla) dəyərində məbləğ Samxarauli ekspertizasının nəticəsi
əsasında müəyyən ediləcək.