HIV infeksiyaya yoluxma halları keçən illə müqayisədə artıb – QİÇS mərkəzi

İnfesiya patalogiyaları, QİÇS və kliniki immunalogiya mərkəzinin məlumatına görə, 2018-ci ilin 1 oktyabra olan göstəricilərinə əsasən Gürcüstanda HİV infeksiyaya yoluxmaya dair 517 yeni hal qeydə alınıb. Keçən il müvafiq dövrdə 468 hal aşkarlanmışdı.


QİÇS mərkəzinin məlumatına görə, 2018-ci ilin 1 oktyabr göstəricilərinə görə, Gürcüstanda cəmi 7283 infeksiyaya yoluxmuş şəxs qeydiyyata alınıb.

Onlardan 5445 nəfəri kişi 1838 nəfəri isə qadındır. QİÇS mərkəzinin məlumatına görə, xəstələrin əksəriyyəti 29-dan 39 yaşa qədərdir. QİÇS 3797 xəstədə inkişaf edib, 1477 nəfər dünyasını dəyişib:

“4436 xəstə HİV müayinədən keçir, onların 48 nəfəri uşaqdır.Qeydiyyata düşən halların ötürmə yolu ilə keçməsi halları belədir: 40,4% narkotik infeksiya daşıyıcısıdır; 46,0% heteroseksusal əlaqələr nəticəsində yoluxub; 11,0% kişilərlə seksual münasibəti olan kişilər; 0,5% qan resipientidir; 0,7% ötürülmə yolu müəyyən deyil” – oxuyuruq QİÇS mərkəzi tərəfindən yayımlanan bəyanatda.

İnfeksiya patalogiyaları, QİÇS və kliniki immunologiya mərkəzinin məlumatına görə, HİV infeksiyaya yoluxmanın ən çox halı Tbilisidə qeydiyyata alınıb (2662 hal, onun 89 xarici vətəndaşdır, 2 müəyyən deyil); Sameqreloda 924 (Bundan Zuqdidi – 608); Sonra İmeretidə 906 (Kutaisi 437); Acarıstanda 818 (Batumi-515); Abxaziya (461); Kaxeti – (350) Kvemo Kartli (378); Şida Kartli (272); Quriya (155); Poti (110); Samtsxe-Cavaxetiya (102) və.s.

Mərkəzdən bildirirlə ki, son illərdə HİV infeksiya\QİÇS-in yeni hallarının analizi göstərir ki, yeni halların artması tendensiyası qeydə alınır.

Gürcüstan vətəndaşları üçün HİV konsultasiya-testləşdirmə gizlidir və pulsuzdur. QİÇS mərkəzinin ünvanı: Tbilisi, Al.Kazbeki 16, 8-ci korpus. Qaynar xətt: 239-80-18.

 

Mənbə: On

 

 

Print