Gələn ildən polislərin, yanğınsöndürənlərin və xilasedicilərin maaşlarının artırılması planlaşdırılır

2019-cu ilin büdcə layihəsinə əsasən gələn ildən polislərin, yanğınsöndürənlərin və xilasedicilərin əməkhaqqının artırılması planlaşdırılır.


Konkret olaraq, Daxili İşlər Nazirliyinə 2019-cu il üçün 643.5 milyon lari ayrılacaq. Bu il kiçik vəzifəli polis əməkdaşlarının maaşlarının artırılmasının (orta hesabla 250,0 lari) tam maliyyələşdirilməsi və yanvarın 1-dən etibarən sərhəd polisində çalışan kiçik vəzifəli polis əməkdaşlarının əmək haqlarının artırılması (orta hesabla 250,0 lari) nəzərdə tutulur.

Dövlət Təhlükəsizlik Xidməti üçün 134,0 milyon lari nəzərdə tutulur. Buradan da 6 milyon lari kiçik vəzifəli işçilərin əmək haqqının 250 lari artırılması üçün nəzərdə tutulub. Əlavə olaraq, “Əməliyyat-Texniki Agentliklər haqqında” Qanuna əsasən geolokasiyanın real vaxtda müəyyənləşdirilməsi sisteminin yaradılmasının qismən maliyyələşdirilməsi üçün də məbləğin ayrılması nəzərdə tutulub.

Fövqəladə Halların İdarəedilməsi Xidməti üçün 87.6 milyon lari, o cümlədən yanğınsöndürənlərin və xilasedicilərin maaşlarının artırılması üçün 5.5 milyon lari nəzərdə tutulub.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google