Hacıyevin sözlərinə görə, Ratininin plenar iclasında çıxışı yalnız və yalnız seçkiqabağı piarın bir hissəsidir
19 sentyabrda Serqo Ratiani parlamentin plenar iclasında çıxış edib və etnik azərbaycanlı və erməni abituruyentlər haqqında danışıb. 400-ə qədər azərbaycanlı abituriyent vahid milli imtahanlardan keçid balı qazanıblar amma universitetlərə düşməyiblər.

Serqo Ratiani 1+4 proqramı haqqında danışıb. O, deyib ki, Təhsil Nazirliyi bu məsələ ilə bağlı müvafiq addımlar atmalıdır və ikinci qəbul vasitəsilə uşaqlara tədrisə başlamaq imkanı verilməlidir.

Bizimlə söhbət zamanı Marneulinin majoritar deputatı və parlamentin təhsil, elm və mədəniyyət komitəsinin üzvü Ruslan Hacıyev dedi ki, Ratiani tərəfindən bu məsələnin parlamentin plenar iclasında səsləndirilməsi yalnız və yalnız seçkiqabağı piarın bir hissəsidir.

Təhsil, Elm və Mədəniyyət komitəsində bu məsələ ilə bağlı aktiv çalışmalar gedir və nəticəni bu həftənin sonu və ya gələn həftə elan edəcəklər.



Print ელ. ფოსტა
თეგები: Marneuli xəbərləri Marneuli FM
FaceBook Twitter Google