Temur Abazovun növbəti məhkəmə prosesi başladı
Bu gün 9 oktyabr tarixində Rustavi Şəhər Məhkəməsində Temur Abazov və digər müttəhimlərə qarşı davam edən cinayət işi ilə bağlı ikinci əsas məhkəmə iclası başladı.
İttiham tərəfi bu gün iki şahidi dindirəcək. Bu dəqiqələrdə Marneuli Rayon Məhkəməsinin xəfiyyəsi Vasil Kveladze ifadə verir.

Xəfiyyə 11 iyul tarixində hadisələri açmışdı.

Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftarla bağlı polisə daxil olan məlumata məhz o, reaksiya göstərmişdi. Daha sonra isə faktla bağlı akt tərtib etmişdi. Dindirilmə zamanı ittiham tərəfinin şahidinin dediyinə görə, o, bundan əlavə heç bir istintaq fəaliyyəti həyata keçirməyib.

Xatırladırıq ki, 6 sentyabr tarixində Marneulinin sabiq meri Temur Abazova qarşı ittiham ağırlaşdırıldı. Ona qarşı irəli sürülən ittihamlara şəxsi həyatı əks etdirən görüntülərin əldə olunması, təşkili, internet və sosial şəbəkə vasitəsilə yayılması ittihamı da əlavə olundu.

Məhkəmə Marneulidə vətəndaş Elçin Allahverdiyevə qarşı həyata keçirilmiş alçaldıcı və qeyri-insani rəftar faktına görə saxlanılmış Marneulinin sabiq meri Temur Abazova 14 iyun tarixində önləyici tədbir kimi ilkin həbs qərarı vermişdi.

Temur Abazova qarşı cinayət işi Gürcüstanın Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi və 25, 157.1 maddəsinin birinci və ikinci hissələri ilə, A.Allahverdiyev, A. Süleymanov və E.Quliyevə qarşı isə Gürcüstan CM-nin 126-cı maddəsinin 1.1-ci hissəsinin “b” aşağı bəndi ilə qaldırılıb.

Bu mövzuda:

Vəkil hesab edir ki, prokurorluq Abazovu sübutsuz ittiham edib

“İşlə bağlı onlarla şahid dindirilməlidir və onların ifadəsindən Abazovun ittihamı fiziki olaraq sübut olunmayacaq” - Abazovun vəkili

Abazovun işinə dair Marneuli bələdiyyə məclisi üzvünün ittihamı ağırlaşdırılıb

Marneuli meri Temur Abazova qarşı rəsmi olaraq ittiham irəli sürüldü

"Marneuli" radiosu
Print