Eka Qiqauri - Aydındır ki, Partsxaladzeyə qarşı ittiham irəli sürülməsi seçkilərin birinci turundakı nəticələrə görə baş verdi
“Aydındır ki, Partsxaladzeyə qarşı ittihamın irəli sürülməsi ictimaiyyətdəki narazılıqlar və seçkilərin birinci turunda alınmış nəticələrlə bağlıdır. ” Bu barədə “İnterpresnyus”a “Beynəlxalq şəffaflıq – Gürcüstan” təşkilatının icraçı direktoru Eka Qiqauri deyib.

Onun dediyinə görə, konkret bu işlə bağlı istintaqın şəffaf aparılması və istintaq orqanlarının törədildiyi ehtimal olunan cinayətin düzgün təsnifatlandırılması çox mühümdür.

“Aydındır ki, Partsxaladzeyə qarşı ittihamın irəli sürülməsi ictimaiyyətdəki narazılıqlar və seçkilərin birinci turunda alınmış nəticələrlə bağlıdır. Düzdür, hələlik onun hansı məsələ ilə bağlı dindirildiyini bilmirik, lakin qeyri rəsmi məlumat yayılıb ki, dindirilmə Tordianın döyülməsi faktı ilə bağlı olub. Konkret bu işlə bağlı istintaqın şəffaf aparılması və istintaq orqanlarının törədildiyi ehtimal olunan cinayətin düzgün təsnifatlandırılması çox mühümdür. Bu güman ki, hökumətə qarşı cinayət törətmək, hökumət nümayəndəsinə qarşı onun vəzifə səlahiyyətləri ilə bağlı zorakılıdır. Əgər istintaq bunun adi bir mübahisə olduğunu sübut etməyə çalışarsa, bu ictimaiyyəti yanıltmaq olar. Bundan əlavə, Partsxaladzenin iştirak etdiyi güman olunan digər faktları da unutmamaq lazımdır ki, bu faktlarla bağlı istintaq belə başlamayıb. Buna misal olaraq Levan Kipianinin döyülməsi faktı, dövlət auditinin hesabatında qeyd olunmuş rüşvət ehtimalı faktı və s.” – Qiqauri bildirib.

Sabiq baş prokuror Otar Partskhaladzeyə qarşı ittiham
irəli sürülməsi ilə bağlı Baş Prokurorluq bu gün bəyanat verəcək. Rəsmi olmayan məlumatlara görə, Partsxaladzeyə qarşı keçmiş baş auditor Laşa Tordianın döyülməsi ilə bağlı ittiham irəli sürülüb.

Dövlət Audit Xidmətinin rəhbəri Laşa Tordiya və keçmiş baş prokuror Otar Partsxaladze arasında insident keçən il 12 may tarixində Tbilisidə, Şardeni küçəsində yerləşən “El Centro” klubunda baş vermişdi. Laşa Tordiyanın dediyinə görə ona Otar Partsxaladze və yanında olan bir neçə şəxs hücum etmişdi. Dövlət Audit Xidmətinin rəhbəri baş vermiş hadisəni vəzifə səlahiyyətlərini yerinə yetirməklə əlaqələndirirdi. Daha sonra hadisənin video görüntüləri də yayıldı. Videoda Partsxaladzenin Tordianı necə vurduğu görünürdü.

Laşa Tordianın dediyinə görə, Partsxaladzenin hərəkətlərinə Audit Xidmətinin fəaliyyəti səbəb olub. Həmin vaxt Audit Xidməti Partsxaladzeyə torpaq sahəsinin verilməsi məsələsini araşdırırmış. Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin döyməni nəzərdə tutan 126-cı maddəsi ilə aparılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google