GGHA seçki administrasiyasını Mixeil Saakaşvili və Teymuraz Qorcistaninin qeyri-qanuni təbliğat faktlarını araşdırmağa çağırır
Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası seçki administrasiyasını Mixeil Saakaşvili və Teymuraz Qorcistaninin qeyri-qanuni təbliğat faktlarını araşdırmağa və müvafiq qərarlar qəbul etməyə çağırır.
GGHA-nın bəyanatında qeyd olunub ki, seçkiöncəsi təbliğata xarici ölkə vətəndaşı/vətəndaşlığı olmayan şəxslərin də fəal şəkildə qoşulublar.

Xüsusilə, hakimiyyət tərəfindən dəstəklənən namizəd Salome Zurabişvilinin oğlu Teymuraz Qorcistani Salome Zurabişvilinin təbliğat kampaniyasında fəal şəkildə iştirak edir. Onun dediyinə görə, namizəd mütləq qalib gələcək və bu bütün ölkənin qələbəsi olacaq. O, deyir ki, xalq Avropalı gələcəyi seçmək üçün seçkilərə çıxacaq.

Kampaniyada Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili də fəal şəkildə iştirak edir. Təbliğatda qeyri-qanuni şəkildə iştirak etməkdən başqa o, 4 noyabr 2018-ci ildə sosial media vasitəsilə çıxışı zamanı nifrət ifadələrindən də istifadə edib.

“Müraciətdə Saakaşvili deyib: “Bizə hər yerdən varlı turistlər lazımdır. Bu kasıblar, üzr istəyirəm, eybəcərlər (ჯღანები) gəlirlər, öz kolbasa və konservlərini gətirirlər, bununla biz varlana bilmərik. Bizə Birləşmiş Ərəb Əmirliklərindən lazımdır, Banqladeşlilər yox, Banqladeşdə yaşayanlara qarşı deyiləm, sadəcə gələnlər fəhlələrdir, hindlilərin o qədər də gəlirləri yoxdur.” Mixeil Saakaşvili Banqladeşlilərə və Hindlilərə qarşı eybəcərlər (ჯღანები) ifadəsini işlədib ki, bu da gürcü dilində mənfi məna daşıyır. Qeyd olunmalıdır ki, bu ifadəni işlətməzdən əvvəl Saakaşvili üzr istəyir. Bu isə o deməkdir ki, o, həmin sözü tam dərk edərək, mənfi mənada işlədir”, - GGHA-nın bəyanatında deyilir.

GGHA seçki subyektləri və onların dəstəkçilərini öz kampaniyalarını qanunvericiliyə uyğun şəkildə aparmağa və çıxışları zamanı nifrət və zorakılıq ifadələri işlətməməyə çağırır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google