Gürcüstan hava limanlarından 10 ay ərzində 4 milyondan çox sərnişin yararlanıb – Hava Limanları Birliyi
"Gürcüstan Hava Limanları Birliyi"nin məlumatına görə, 2018-ci ilin 10 ayı ərzində Gürcüstanın hava limanlarında sərnişin sayı 23% artıb. Bu isə o deməkdir ki, ümumilikdə 4 354 423 sərnişin hava limanından istifadə edib.

Oktyabr ayına gəlincə, bu müddət ərzində bütün üç beynəlxalq hava limanında da sərnişin axını artmışdır. Oktyabr ayında Tbilisi Beynəlxalq Hava Limanı 335 094 sərnişinə xidmət edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 18% çoxdur (2017 - 284 329 sərnişin). 10 ay ərzində artım eyni dövrə (2017 - 2 724 740 sərnişin) nisbətən 21% təşkil etmişdir.

Kutaisi hava limanına gəldikdə, Kutaisi Beynəlxalq Hava Limanının sərnişin hərəkət 2018-ci ilin oktyabrında 78% artaraq 62 min sərnişinə (2017-ci il - 34 874 sərnişin) çatıb. 10 aylıq göstəricilərə görə, Kutaisi Beynəlxalq Hava Limanı 512 386 sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39% çoxdur (2017-ci ilin 10 ayı - 359 961 sərnişin).

Hava Limanları Birliyinin məlumatına görə, Batumi Beynəlxalq Aeroportunda artım tendensiyası davam edir. 2018-ci ilin oktyabrında Batumi Aleksandre Kartveli adına Beynəlxalq Hava Limanından 41 980 sərnişin istifadə edib. Bu ötən ilin eyni dövrünə nisbətən 11% çoxdur (2017-ci ilin oktyabrında - 37 660 sərnişin). 2018-ci ilin yanvar-oktyabr aylarında Batumi Beynəlxalq Hava Limanında sərnişin axını 19% artaraq 555 693 sərnişinə (2017-ci il - 466 010 sərnişin) çatıb.

Yerli hava limanlarına gəldikdə, 2018-ci ilin 10 ayı ərzində Mestia və Ambrolauri hava limanlarından 7 601 sərnişini istifadə edib. 2018-ci ilin 10 ayı ərzində yerli hava limanlarında 362 uçuş həyata keçirilib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google