Mixeil Saakaşvili Qiqi Uqulava ilə görüşdən sonra – Hamımız başa düşdük ki, yekunda biz bir ailəyik
“Hamımız başa düşdük ki, yekunda biz bir ailəyik” – sabiq prezident, “Milli Hərəkat”ın lideri Mixeil Saakaşvili Helsinkidə “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Qiqi Uqulava ilə görüşdən sonra bildirib.
Onun sözlərinə görə, “Milli Hərəkat” və “Avropa Gürcüstan”dan daha geniş yeni birlik formalaşır.

“Bizim “Avropa Xalq Partiyası”nın qurultayında görüşümüz çox mühümdür, çünki “Avropalı Gürcüstan” və “Milli Hərəkat”ın yaxınlaşmasında, ümumi platformanın yaradılmasında “Avropa Xalq Partiyası” həlledici rol oynayıb. Qiqi və digər liderlər çox gözəl mövqe sərgilədiyinə görə Qiqi Uqulavaya təşəkkür etdim. Bu Gürcüstanda yeni siyasi mədəniyyətin yaranması deməkdir. Onların çoxlu fəalları var, onların çoxlu səmimi tərəfdarları var və hamımız başa düşdük ki, yekunda biz bir ailəyik, bizim bir vətənimiz var, bizim bir hədəfimiz var, bir düşmənimiz var və biz ölkəmizi xilas etməliyik. Bu iki partiyadan daha geniş, bizim əlaqələrimizdən daha geniş yeni birlik yaranır.” – Mixeil Saakaşvili “Rustavi 2” televiziyasına bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google