"Milli Hərəkat" və "Avropalı Gürcüstan" bir qurumuş ağacın iki budağıdırlar - Kaxa Kaladze
"Milli Hərəkat" və "Avropalı Gürcüstan" bir qurumuş ağacın iki budağıdırlar" - "Gürcü Arzusunun" baş katibi Kaxa Kaladze Helsinkidə Mixeil Saakaşvili və Qiqi Uqulavanın görüşü məsələsini belə qiymətləndirib.
Kaladzenin jurnalistlərə dediyinə görə, "Milli Hərəkat" və "Avropalı Gürcüstan" bir komandadır və ictimaiyyət hər iki partiyanı bir kontekstdə qeyd etməlidir.

"Həmfikir deyil, bu bir komandadır. Onlar vahid kontekstdə qeyd olunmalıdırlar. Onların müəyyən cəhdi var idi ki, guya konstuktiv idilər və demokratlıq oynayırdılar. Ancaq bir müddət əvvəl demişdim ki, bu bir qurumuş ağacın iki budağıdır" - bildirib Kaladze.

Print ელ. ფოსტა
FaceBook Twitter Google