"Milli Hərəkat" və "Avropalı Gürcüstan" bir qurumuş ağacın iki budağıdırlar - Kaxa Kaladze
13:10 / 08.11.2018
"Milli Hərəkat" və
"Avropalı Gürcüstan" bir qurumuş ağacın iki
budağıdırlar" - "Gürcü Arzusunun" baş katibi Kaxa
Kaladze Helsinkidə Mixeil Saakaşvili və Qiqi Uqulavanın görüşü
məsələsini belə qiymətləndirib.
Kaladzenin jurnalistlərə dediyinə görə, "Milli Hərəkat" və
"Avropalı Gürcüstan" bir komandadır və ictimaiyyət hər iki
partiyanı bir kontekstdə qeyd etməlidir.
"Həmfikir deyil, bu bir komandadır. Onlar vahid
kontekstdə qeyd olunmalıdırlar. Onların müəyyən cəhdi var idi ki,
guya konstuktiv idilər və demokratlıq oynayırdılar. Ancaq bir
müddət əvvəl demişdim ki, bu bir qurumuş ağacın iki
budağıdır" - bildirib Kaladze.