2013-2017-ci illər ərzində “Gürcü
Arzusu” qəbul və rəsmi naharlar, dəvət və tədbirlər, ekskursiya və
mədəni tədbirlər və s. üçün 49.2 milyon laridən artıq vəsait
xərcləyib – yeni hesabatda bildirilib.
Beş il ərzində hakimiyyət tərəfindən xərclənmiş bu xərcləri
rüşvətxorluqla mübarizə sahəsində fəaliyyət göstərən “Beynəlxalq
Şəffaflıq – Gürcüstan” qeyri-hökumət təşkilatı hesablayıb.
Onların bildirdiyinə görə, bu beş il ərzində ən çox pul 2017-ci
ildə xərclənib – 12 milyon laridən artıq; Əvvəlki illərdə xərclər
belə olub:
Hakimiyyətin
xərcləri. Diaqram: TI
2012-ci ildə hakimiyyətdə hələ “Vahid Milli Hərəkat” olarkən belə
xərclər 12 milyon laridən artıq olub.
“Gürcü Arzusu”nun hakimiyyətinin ilk illərində bu xərclər əvvəlcə
8.3 milyonadək (2013), daha sonra isə 7.8 milyonadək (2014)
azaldılmışdı. Lakin məlumatlardan aydın olur ki, xərclərin miqdarı
2014-cü ildən sonra artmağa başlayır və 2017-ci ildə artıq 12
milyonu keçir. 2017-ci ilin göstəricisi 2012-ci ildə azca
artıqdır.
TI-ın məlumatına görə, xərclər barədə məlumat verən idarələr
arasında ən yüksək xərc Daxili İşlər Nazirliyinə məxsusdur;
Təşkilatın məlumatına görə, yüksək büdcəli idarələr arasında ilk
beşlik belədir: Daxili İşlər Nazirliyi, Milli Turizm İdarəsi,
Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Tbilisi Meriyası;
Bu beş idarə tərəfindən xərclənmiş vəsait qalan bütün xərclərin
50%-dən artığını təşkil edir.