"Qirçinin" aksiyasında nümayişçilər şalvarlarını aşağı çəkərək Rusiyaya arxalarını çeviriblər
"Qirçi"nin işğala qarşı keçirilən aksiyasında nümayişçilər şalvarlarını aşağı çəkərə Rusiyaya arxalarını çeviriblər.
10 noyabrda siyasi partiya "Qirçi" Cənubi Osetiyanın de fakto respublikasının və Gürcüstan tərəfindən kontrol edilən ərazilərin sərhəd xəttində etiraz, işğala qarşı aksiya keçirib.

Atots kəndində aksiya gedən zaman bir neçə aktivist eyni vaxtda şalvarını aşağı çəkib və Rusiyaya arxasını çevirib.

Qirçinin liderləri, üzvləri və dəstəkçiləri Atots kəndində saat 14:00-da toplaşıblar.

Onlara "Rusiya işğalçıdır" adlı hərəkat da qoşulub. Aksiya Kareli bələdiyyəsinin Atots kəndində 1 km-lik sahədə de fakto sərhədin çəkilməsi işlərinin başlaması ilə əlaqədardır.

Aksiyanın məqsədi partiyaya əsasən hakimiyyəti Gürcüstanın müdafiə büdcəsini növbəti 5 il ərzində iki qat artırmağa çağırmaq idi.

"Dövlətin ən əsas funksiyası məhz əmlak hüququnun qorunmasıdır. Həmçinin, yad ölkənin aqresiyasından qorumaq da buraya daxildir" - yazırdı Qirçi.

"Aydındır ki, qarşı tərəf bizdən çox böyük və güclüdür, ancaq həqiqət və əhval ruhiyyə bizim tərəfimizdədir" - deyirlər partiyadan.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google