Ponicalada polis 3 nəfəri həbs edib
Daxili İşlər Nazirliyi Ponicalada narkotik cinayəti ilə bağlı 3 nəfəri həbs edib.
DİN-in Tbilisi Polis Departamentinin İsani-Samqori İdarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə üç nəfəri, 1981-ci il təvəllüdlü D.C., 1989-cü il təvəllüdlü A.Q. və 1979-cu il təvəllüdlü T.Q.-nı Ponicaladada saxlayıblar.

Hüquq mühafizəçiləri saxlanılanların üzərini yoxlayarkən 3 bağlama narkotik maddə aşkarlayıblar. Buna dair ekspertiza təyin olunub.

İstintaq narkotik maddələrdin qanunsuz əldə edilməsi-saxlanılması faktına dair Gürcüstan CM-nin 260-cı maddəsinə əsasən gedir.

Mənbə: police.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google