Daxili İşlər Nazirliyi Qardabanidə
qrup şəklində törədilmiş qəsb etmə ittihamı ilə 2 nəfəri
saxlayıb.
DİN-in Kvemo Kartli Polis Departamentinin Qardabani rayon
idarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 1993-cü
il təvəllüdlü C.M. və 1999-cu il təvəllüdlü R.M.-nı qrup şəklində
törədilmiş qəsb etmə ittihamı ilə saxlayıb.
Cinayət 4-dən 7 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.
İstintaq müəyyən edib ki, saxlanılanlar Qardabani rayonunda yaşayan
vətəndaşlar, 1981-ci il təvəllüdlü A.X-nın mobil telefonun zəng
vururlarmış və şəxsi həyatını əks etdirən kadrların yayımlanması və
öldürülməsi hədəsi ilə məbləğ ödəməsini tələb edirlərmiş.
Hüquq mühafizəçiləri C.M-nı məbləği verən zaman R.M.-nı isə hakimin
qərarı əsasında saxlayıblar.
İstintaq qrup şəklində törədilmiş qəsb etmə faktına dair Gürcüstan
CM-nin 181-ci maddəsinin 2-ci hissəsinin "a" alt bəndi ilə
gedir.
Mənbə: police.ge