Daxili İşlər Nazirliyi Salome Zurabişvili və onun ailə üzvlərinə qarşı təhdidlərlə bağlı istintaqa başladı
Daxili İşlər Nazirliyində prezidentliyə namizəd Salome Zurabişvili və onun ailə üzvlərinin təhdid olunması ilə bağlı istintaq davam edir.
DİN-dən “İnterpresnyus”a verilən məlumata görə, istintaq icazəsiz olaraq kompüter sisteminə daxil olmaq və təhdid faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 284-cü maddəsinin 1 hissəsi və 151-ci maddəsinin 1-ci hissəsi ilə başlayıb.

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis
Departamentinin direktoru Vladimir Bortsvadzenin sözlərinə görə, bu il 10 noyabr tarixində prezidentliyə namizəd Salome Zurabişvili Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edib və bildirib ki, o, və ailə üzvlərinə qarşı "Facebook" sosial şəbəkəsi vasitəsilə təhdidlər alırlar. Onlar xüsusilə həyat və sağlamlıqlarından məhrum edilmə ilə bağlı mesajlar alırlar.

Vladimir Bortsvadzenin bildirdiyinə görə, həmin gün Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentində kompüter sisteminə icazəsiz giriş və təhdid faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 284-cü maddəsinin 1 hissəsi və 151-ci maddəsinin 1-ci hissəsi ilə istintaq başlayıb. Onun sözlərinə görə, məsələ ilə bağlı istintaq fəaliyyətləri davam etdirilir.

"İşin prezidentliyə namizədlə bağlı olduğunu nəzərə alaraq, istintaq intensiv şəkildə aparılacaq. Dinc mühitdə seçkilərin keçirilməsini təmin etmək üçün qanunun icazə verdiyi bütün imkanlardan istifadə edirik. İstintaqla əlaqədar əlavə məlumat olduğu təqdirdə ictimaiyyəti mütləq məlumatlandıracağıq ", - Vladimer Bortsvadze deyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google