Bu yeməklə xəstəliyinizə daha tez şəfa tapacaqsınız
Gürcülərin sevimli yeməyi olan Çixirtma qışın soyuq aylarında yoluxucu xəstəliklər üçün olduqca şəfalıdır.
Hazırlanma qaydası asan olan Çixirtmanı təqdim etdiyimiz reseptlə ailəniz və uşaqlarınız üçün hazırlaya bilərsiniz.

Ərzaqlar

Toyuq-1kq
Bulyon-2l
Soğan-2 baş
Yumurta 4-5 dənə
3ç.q-un
3-4 diş sarımsaq
1 dəstə keşniş və 1 dəstə şüyüd
Zövqə görə duz və sirkə


Hazırlanması

  • Toyuğu yuyub qazana qoyaraq üzərinə su əlavə edib qaynadın.
  • Toyuq qaynadığında qazandan götürün və doğranmış soğanı qazana əlavə edərək 5-10 dəqiqə qaynadın.
  • Unu,yumurtanın sarısını və yumurtanın ağını ayrı-ayrı qablarda soyuq su ilə çalın. Əvvəlcə unlu qarışığı qazana əlavə edib qarışdırın, sonra isə yumurtanın sarısını əlavə edin və tez-tez qarışdırın.
  • Xırda doğranmış sarımsaq, keşniş, şüyüd və yumurtanın ağını əlavə edib qarışdırın.
  • Sonda isə duz və sirkə əlavə edin.


Nuş olsun!
Print ელ. ფოსტა
თეგები: Çixirtma Marneuli Marneulifm
FaceBook Twitter Google