Qoç -
münaqişəli situasiyaları çözməyə çalışın. Həddən artıq
yorulacağınız işə başlamayın. Şübhəli işlərə qatılmayın. Niyyətiniz
dürüstdürsə, yaxın ətrafınızdakı insanlar bunu
dəyərləndirəcəklər.
Buğa - bütün işləri bu gün bitirməyə can atmayın. Sizdən asılı
olmayan şərtlər var. Planlarda köklü dəyişiklik istisna deyil.
Mənfi emosiyalarınızı büruzə verməyin.
Əkizlər - ünsiyyətinizi minimuma endirməyə çalışın. Yeni layihələrə
başlamayın, mühüm saziş və ya sənədi imzalamayın. Peşəkar fəaliyyət
müstəivisindəki tərəfdaşlarla yanaşı, ailə üzvlərinin də sizə
münasibətlərində anlaşılmazlıqlar ola bilər.
Xərçəng - bütün fəaliyyət sahələrində riski istisna edin. Yeni işə
başlamayın, uzaq səfərə yollanmayın. Yaxınlarınızdan birinin maddi
və ya mənəvi dəstəyinə bel bağlaya bilərsiniz.
Şir - asılı olduğunuz və ya yaşamınıza hər hansı formada təsir
imkanlarına malik insanla görüşü ertələyin. Münaqişəli situasiyanın
iştirakçısı olmayın. Bütün problemləri ani cəhdlə həll etməyə can
atmayın. Müşküllərin çözümünü ideal səviyyəyə çatdırmağa
çalışmayın.
Qız - şəxsi münasibətlər ön plana çıxacaq. Münasibətlər sınanacaq.
Dəyər verdiyiniz insanla bağlı yeni, ürək açmayan həqiqəti
öyrənəcəksiniz. Ünvanınıza çox ədalətsiz iradlar səslənəcək.
Tərəzi - yardıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Pis gün
deyil. Maliyyə çətinlikləri istisna olmasa da, problemləri həll
etmək üçün borc almayın, kredit götürməyin. Riskli situasiyalardan
da uzaq durun.
Əqrəb - yaxın ətrafınızdakı insanların sizdən sui-istifadə etməyə
çalışdıqlarını hiss edəcəksiniz. Onların hərəkət və davranışlarında
məntiq yoxdur. Var qüvvənizdən yararlanaraq məqsədə çatmağa
çalışmayın.
Oxatan - gün ərzində gərgin, mürəkkəb situasiya olacaq. Aktivliyi
bir qədər azaldın, cari işlər barədə düşünün. Mövcud situasiyaya
bir qədər kənardan baxmağı bacarın. Problemin orijinal həll yolunu
tapa bilərsiniz.
Oğlaq - ailə münasibətlərindəki gərginlik günün ilk yarısında pik
həddə çata bilər. İnciklik, tənqid və iradları eşitməyə hazır olun.
Deyilənlərə verəcəyiniz reaksiya mübahisənin sonucunu həll edəcək.
Sakit olub təmkinlə davransanız, münasibətlərdəki harmoniyanı bərpa
etmək mümkündür.
Dolça - səbrli və təmkinli olsanız, problemlərin uğurlu həllinə bel
bağlaya bilərsiniz. Maliyyə məsələlərinin həllinə çox vaxt
ayırmayın. Riskli, şübhəli əməliyyatlara başlasanız başlasanız,
uduzacaqsınız.
Balıqlar - yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, enerji
artımını hiss edəcəksiniz. Uğurlu situasiyadan yararlanaraq bilik
və bacarıqlarınızı nümayiş etdirin. Yeni süjet, orijinal ideya tapa
bilərsiniz. Tapıntılarınızı unutmayın, amma hər addımbaşı da
onlardan bəhs etməyin.