Təzəkənd sakini müxalif baxışlarına görə bələdiyyə tərəfindən təzyiq olunmasından danışır

Təzəkənd sakini Azər Mehdiyev ona qarşı rəsmi olmasa da seçkilərlə əlaqədar ona təzyiqlərin olduğunu deyir.


Azər Mehdiyev illərdir "Milli Hərəkat" partiyasını dəstəklədiyini bildirir. Ona qarşı təzyiqlərin yerli hakimiyyət tərəfindən olduğunu deyir.

A.Mehdiyev bu təzyiqlərin hədə-qorxu məqsədli olduğunu düşünür. Bir nəfər şəxs Azər Mehdiyevin işlətdiyi çayxanaya gələrək onunla görüşüb, nəyə görə "Güc Birlikdədir" hərəkatını dəstəklədiyini soruşub.

Daha sonra isə doğru yolda olmadığını deyib. Azər Mehdiyev bildirir ki, dövlətə qarşı çıxmır, demokratik respublikada yaşadığı üçün azad şəkildə öz mövqeyini sərgiləyir.



O, deyir ki, təzyiqlərdən və tənqidlərdən qorxmur və illərdir tərəfdarı olduğu partiyanı dəstəkləməyə yenə də davam edəcək.

 


Print ელ. ფოსტა
FaceBook Twitter Google