“Gürcü Arzusu”nun özü Salome Zurabişviliyə inanmır – Pataraiya
“Kişi şəkli vurulmuş və qadın ad soyadı yazılmış bu banerlər mənim üçün şok yaradandır. Mən düşünürəm ki, bu yalnız Salome Zurabişvili üçün deyil bütün qadınlar üçün təhqirdir.

Elə çıxır ki, Gürcü Arzusu Salome Zurabişvilinin sifətini əlindən alıb və onların fikrincə cəmiyyət üçün daha qəbul olunan kişilərlər əvəz edib.


Bu hakimiyyət tərəfindən çox pis mesajdır. Onlar bu banerlərlə təsdiq edirlər ki, qadınlar onlara fasad üçün lazımdır. O zaman qadınlara acıyırlar və kişilər ön sıraya çıxır. Elə çıxır ki, Gürcü Arzusunun özü Salome Zurabişvilinin gücünə və imkanlarına inanmır. Prezidentliyə namizədi öz kampaniyasından uzaqlaşdırıblar. Bu qadınların siyasətdən təcrid olunmasına və diskriminasiyasına dəstək olur”- deyib Azadlıq radiosuna aktivist, “Saffari”nin rəhbəri Baia Pataraiya. O, bunu lövhələrdə seçkiqabağı kampaniya çərçivəsində Gürcü Azrusunun dəstəklədiyi müstəqil prezidentliyə namizəd Salome Zurabişvilinin partiya sədri Bidzina İvanişvilinin və Parlament sədri İrakli Kobaxidzenin əvəz etməsindən sonra bildirib.

“Mən düşünürəm ki, buna bütün cəmiyyət rəy bildirməlidir. Bu bir partiyanın işi deyil. Siyasətçi qadına qarşı öz partiyasından belə təhqir bizim hamımız üçün təhqiredicidir” - deyir Baia Pataraiya.
Print ელ. ფოსტა
FaceBook Twitter Google