Bakıda müxalifət liderlərini həbs ediblər
17 noyabrda Bkıda müxalifət liderləri – “Xalq Frontu”nun lideri Əli Kərimli və “Milli Demokartik Qadınlar Şurasının” üzvü Cəmil Həsənlini həbs ediblər. Həmçinin, bir neçə aktivistlər də saxlanılıb. Məlumatı Netgazeti “Nyu-York Times”a istinadən yazır.

“Nyu-York Times”a əsasən, Həsənli və Kərimli Bakıda yerləşən milli qəbirstanlğa – “Şəhidlər xiyabanına” doğru yürüş təşkil edən zaman həbs olunublar.

“Şəhidlər xiyabanı” SSSR-dən Azərbaycanın ayrılması zamanı və Dağlıq Qarabağ konflikti nəticəsində həlak olanların xatirə memorialıdır.



Müxalifət liderləri yürüşü 17 noyabr milli bayramı qeyd etmək üçün planlaşdırıblar. 1992-ci ildə yaradılan bayram “Milli qurtuluş günü” Azərbaycanın Sovet Şurasından müstəqillik elan etməsi ilə bağlıdır.

Əli Kərimliyə 12 ildən çoxdur ölkəni tərk etmək qadağan olunub. Kərimli Azərbaycanda nadir müxalifət liderlərindəndir. O, çox kəskin şəkildə Azərbaycanın idarəçi rejimini tənqid edir.

Netgazetinin yazdığına görə, Azadlıq radiosunun azərbaycan dilli xidmətinin sonuncu məlumatına əsasən Cəmil Həsənlini azad ediblər, Əli Kərimli və yürüşün 10-a yaxın iştirakçısı isə yenidən polis məntəqəsindədirlər.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google