Təzyiqlər altında etiraf – Azərbaycan məhkəməsi Seyid Mirtağı Əsədovun 30 günlük həbsini qüvvədə saxladı
Şeyx Mirtağı Əsədov psixoloji təzyiq nəticəsində etiraf ifadəsi vermək məcburiyyətində qalıb. Bu barədə məlumatı Əsədovun atası Seyid Mirhüseyn Əsədov vəkillə danışdıqdan sonra verib.

17 noyabr tarixində keçirilən məhkəmə prosesində Mirtağı Əsədova 30 gün azadlıqdan məhrumetmə cəzası verilib. Məhkəmə protokoluna əsasən Əsədov 8 noyabr tarixində Bakı küçələrindən birində telefonla ucadan danışarkən ictimai asayiş qaydalarını pozub. Daha sonra isə mülki geyimdə olan polislərin göstərişlərinə tabe olmayıb, buna görə də polis idarəsinə aparılıb.

Vəkil deyir ki, ona Mirtağı Əsədovla ətraflı danışmaq üçün imkan verilməyib. “Ümum Gürcüstan Müsəlmanlar Ali Dini İdarəsi”nin sədri vəkilə yalnız onu xahiş edib ki, işi sona qədər aparsın və deyib ki, psixoloji təzyiq və hədələr nəticəsində etiraf ifadəsini də imzalayıb.

Şeyx Mirtağı Əsədov vəkillə söhbəti zamanı deyib ki, Gürcüstan-Azərbaycan sərhədini keçərkən Azərbaycan sərhəd polisi onu saxlaayıb və sonra isə Qazax polisi tərəfindən həbs olunub. Bu məlumatı ailə üzvlərinə digər sərnişinlərlə yanaşı Mirtağı Əsədovu da Bakıya aparan marşrut taksinin sürücüsü də verib.

Mirtağı Əsədovla vəkillə yanaşı onun həyat yoldaşı da görüşüb. Onun dediyinə görə, Əsədov pis görünür və çəkisi də hiss olunacaq dərəcədə azalıb.

Bu gün 18 noyabr tarixində Əsədovun ailəsinin yaşadığı Dəmyə Görarxı kəndində İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzinin, Tolerantlıq və Müxtəliflik İnstitutunun, Gürcüstan Xalq Müdafiəçisinin nümayəndələri və Evanqelist-Baptist kilsəsinin mitropoliti Malxaz Sonğulaşvili Seyid Mirhüseynlə görüşüblər.

Təşkilatların nümayəndələri Mirtağı Əsədovun Azərbaycan sərhədində saxlanılmasını ailə üzvlərinin nə ilə əlqələndirmələri ilə, onun həbsinin fəaliyyəti və kifayət qədər tənqidi yanaşdığı dövlət dini idarəsinin fəaliyyəti ilə bağlı olub-olmaması, Gürcüstanda davam edən seçkiöncəsi proseslərin həbslə əlaqəsinin olub-olmaması ilə maraqlanıblar.

Mirtağı Əsədovun atası oğlunun saxlanılmasında Gürcüstanın marağı olduğunu düşünmür.

“Mənim oğlumun yalnız öz təşkilatı var. O, ədalət tələb edir. Bu xasiyyətdə adamdır.” – atası deyir və bunda Azərbaycanın marağı olduğunu və dini baxımdan İran dövlətinin təsirini araşdırdıqlarını güman edir.

Ola bilsin ki, ikinci oğlumun İranda yaşaması və orada fəaliyyət göstərməsinə görədir. Bunun üçün Mirtağıdan istifadə etməyi düşünürlər.” – Seyid Mirhüseyn Əsədov deyir.

O, ümid edir ki, Gürcüstan dövlət strukturları Mirtağı Əsədovun azad olunması istiqamətində fəal çalışacaqlar.

İnsan Hüquqları Araşdırma və Monitorinq Mərkəzinin bərabərllik siyasəti proqramının direktoru Tamta Mikeladze “Marneuli” radiosu ilə söhbəti zamanı Mirtağı Əsədovun səhhətinin yaxşı olmadığını deyib və bildirib ki, “Gürcüstan hakimiyyəti Mirtağı Əsədovun cəzaçəkmə müəssisəsində qeyri-insani rəftardan və ləyaqətinin alçaldılmasından qorumaq üçün bütün imkanlardan istifadə etməlidir”. Mikeladzenin dediyinə görə, Əsədovun vəkillə qısa müddətli görüşü olub.

“Aydındır ki, bizim bu məsələ ilə bağlı çox sayda şübhə və suallarımız var. Məhz Mirtağı Əsədovun Gürcüstandakı fəaliyyətinə görə. O, Gürcüstan hakimiyyətinin dini azadlıqlar istiqamətində siyasətinə qarşı kifayət qədər tənqidi yanaşırdı. Bu işdə birbaşa Azərbaycan hakimiyyəti ilə əlaqəli digər maraqların olduğu da istisna deyil, lakin bu istiqamətdə əsaslı cavabımız yoxdur. Məsələnin monitorinqinə davam edirik. Beynəlxalq təşkilatların resurslarından yerindəcə istifadə etməyə çalışırıq”. – Tamta Mikeladze deyib.

Xatırladırıq ki, İHHŞ “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri Şeyx Mirtağı Əsədov 7 noyabr tarixində Azərbaycan respublikasının sərhəd-keçid məntəqəsində saxlanılıb və Azərbaycan respublikasında 30 gün azadlıqdan məhrumetmə cəzası verilib.

Güman ki, onun saxlanılması Gürcüstanda şiə müsəlmanların hüquqlarının və dini icmaların bərabər hüquqlu olması uğrunda mübarizəsi ilə bağlıdır.






Bu mövzuda:


Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədovu Azərbaycanda indiyə qədər müəyyən olmayan səbəbdən saxlayıblar


Mirtağı Əsədov rəsmi olaraq ittiham irəli sürülməsini, qeyri-hökumət təşkilatları isə hakimiyyətin reaksiyasını gözləyirlər


Azərbaycan məhkəməsinin hökmünə əsasən, Əsədov noyabrın 8-i, Bakıda dələduzluq faktına görə həbs olunub






Print