Bəs siz bu keksin hazırlanma qaydasını bilirsiniz?
Xüsusən uşaqların sevimli şirniyyatı olan kakolu keksin asan və tez zamanda hazırlanma reseptini təqdim edirik.
Kakaolu keks süfrələrinizə xüsusi gözəllik qatacaq.


Lazım olanlar

400 qr. şəkər tozu
200 qr. süd
200 qr. duru yağ
1 paket vani
1 paket kakao (25qr.)
3 yumurta
1 paket qabartma tozu
Aldığı qədər Un

Hazırlanması

Südü, şəkər tozunu,
duru yağı,vanili və kakaonu bir qabda içindəki şəkər tozu əriyənədək çırpın. Bu qarışımdan 1 stəkan alıb bir kənara qoyun. Sonra bu qarışımın üzərinə yumurtaları qırıb çırpın. Üzərinə qabartma tozu qarışdırılmış unu əlavə edərək qarışdırın. Xəmir çox qatı olmamalıdır. Hazırladığınız bu keks xəmirini yağladığınız qaba boşaldın.170-180 dərəcədə sobada bişirin. Bişdiyini bilmək üçün 25-30 dəqiqə sonra bir kibrit çubuğunu batıraraq öyrənəbilərsiniz. Kibrit çubuğu qurudursa keksin xəmiri bişmişdir.

Hazırladığınız keksi bir az soyuduqdan sonra dilimləyin. Üzərinə ayırdığınız 1 stəkan qarışımı tökün.

Qeyd: Keksinizin daha yumşaq və yaş olmasını istəyirsinizsə ayırdığınız bir stəkanın içinə bir az süd və kakao əlavə edə bilərsiniz.


Print ელ. ფოსტა
FaceBook Twitter Google