Büdcənin sakinlər olmadan ictimai müzakirəsi - QHT sektoru etiraz edir

Marneuli bələdiyyəsinin 2019-cu il büdcəsinin ictimai müzakirəsi bu gün, 27 noyabrda baş tutub. İctimai müzakirədə jurnalist və operatorlardan başqa yalnı meriya və bələdiyyə məclisi nümayəndələri iştirak edirdilər.


Marneuli bələdiyyəsinin rəsmi veb-səhifəsində ictimai müzakirənin aparılması ilə bağlı məlumat 26 noyabrda yayımlanıb. Saytda qeyd olunan bəyanatı yalnız 32 nəfər görüb.

Marneuli bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridze deyir ki, Marneuli bələdiyyəsində əhali aktiv deyil.

“Bizim qoşulmaq problemimiz var. Bu problem hər yerdə var və Marneulidə xüsusi olaraq mövcuddur. Əhali məlumatsızdır. Artıq 19 noyabrdan yetərli vaxt keçib və veb səhifəyə 1 də gəlməyib” - deyir Nino Beridze.

Marneuli bələdiyyəsinin büdcəsinin ictimai müzakirəsi haqqında 19 noyabrda veb səhifədə məlumat yayımlanıb və orada qeydlərin qəbulunu yazılı şəkildə və ya bələdiyyə məclisinin, bələdiyyənin rəsmi veb səhifəsinə göndərmələri tələb olunurdu.

Marneuli Demokrat Qadınlat Cəmiyyətinin sədri Olqa Endeladzenin bələdiyyənin büdcəsinin ictimai müzakirəsində iştirak etmək istəyi var imiş. Amma ictimai müzakirənin keçirilməsi haqqında yalnız bu gün məlumat alıb.

“İctimai müzakirə haqqında məlumat keçən iş gününün ikinci yarısında paylaşılıb. Yayımlanmayıb və bizdə bilməmişik. Bizim heç cür iştirak etmək imkanımız olmadı. Biz təşkilatlar maraqlanırıq və bu mövzu üzərində çalışırıq ki, ümumi olaraq müzakirə edək və ya hansısa üsul fikirləşək. Sadəcə bu məlumatı belə formatda və bu vaxt almaq mümkün deyil. Buna görə də ictimai müzakirədə iştirak etmək həqiqətən də mümkünsüzdür”
- deyir Olqa Endeladze.

Endeladze ictimai müzakirənin belə şəkildə keçirilməsinə etiraz edir. Deyir ki, uyğun şəkildə yayımlanmalıdır ki, əhali ictimai müzakirədə iştirak edə bilsin.
Olqa Endeladze deyir ki, Marneuli bələdiyyəsinin 2019-cu il büdcəsinin ictimai müzakirələri formal olaraq keçirilir.
Marneuli əhalisinin bir hissəsinin büdcənin ictimai müzakirəsi haqqında ümimiyyətlə məlumatı yoxdur.

- “Bizim heç bir məlumatımız yoxdur. Sadə kənd əhalisiyik”
- Büdcənin planlaşdırılmasında iştirak etmək hüququnuzun olmasını bilmirdiniz?

- Xeyr heç nə bilmirik. Əgər belə bir şey meriyada baş verirsə bu xəbər bizə yalnız indi çatır” – deyir Qaçağanda yaşayan kişi.
- “Ümumiyyətlə bizdən kim büdcə soruşur? Birinci dəfədir bu məsələni eşidirəm” - deyir Mareti ərazi birliyinə daxil olan adsız məntəqənin sakini.
- “Heç kimi burada görməmişik ki, gəlsin. Bu kəndin yaşamı ilə maraqlanmırlar da” - deyir adsız məntəqənin sakini olan qadın.

“Beynəlxalq Şəffaflıq Gürcüstan”ın hüquqşünası Arçil Todua bizimlə söhbəti zamanı izah edir ki, yerli özünüidarəetmənin bütün əsasə ondadır ki, vətəndaşları proseslərə qoşulmalıdırlar.

“Vətəndaşın hüququ var ki, özünüidarənin işlərinə, həmçinin ən vacib sənədin büdcənin müzakirəsinə qoşulsun və təkliflər irəli sürsün. Meriya və bələdiyyə məclisinə yazılı və şifahi ərizə ilə təklif bildirsin” - deyir Arçil Todua.

İctimai müzakirədə 17 nəfər iştirak edirdi Onların 3 jurnalist, 2 operator 12 isə özünüidarəetmə üzvü idi.

 

"Marneuli" Radiosu

 

Print