Mərkəzi Seçki Komissiyasının
məlumatına görə, bütün seçki məntəqələri vaxtında səhər saat 8:00
da açılıb və səsvermə prosesi davam edir.
Mərkəzi Seçki Komissiyasının baş
katibi Ana Mikeladzenin dediyinə görə, seçki administrasiyası
seçkilərin peşəkar və hər kəs üçün əlçatan şəraitdə keçirilməsi
üçün hazırdır.
“Seçicilərə xatırladırdıq ki, o,
seçki məntəqəsinə gedəndə Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi
və ya Gürcüstan vətəndaşının pasportu yanında olmalıdır. Seçicilər
Gürcüstan prezidenti seçkilərinin 2-ci turunda öz səslərini 28
oktyabr, seçkilərin 1-ci turunda səs verdikləri məntəqədə
verəcəklər”, – Mikeladze bildirib .
Onun dediyinə görə, öz məntəqəsinin
ünvanını dəqiqləşdirmək istəyən seçici Mərkəzi Seçki Komissiyasının
veb səhifəsindən faydalana bilər, buradan onlayn rejimdə və ya
MSK-nın məlumat mərkəzinə - 2 51 00 51 nömrəsinə zəng vuraraq əlavə
məlumatlar da əldə etmək olar.