Gənc Hüquqşünaslar Assosiasiyasının müşahidə
missiyasının saat 10 üçün olan məlumatları.
Gənc Hüquqşünaslar Assosiasiyasının sədri
Sulxan Saladzenin dediyinə görə, səsvermə əsasən sakit şəraitdə
keçir.
“Bu vaxt üçün gizlilik və seçicinin
seçimlərinə nəzarətlə bağlı mühüm tendensiya müşahidə olunur”, -
Saladze deyir.
Müşahidə qrupunun məlumatına görə,
səsvermənin gizliliyinin pozulması haqqında 9 fakt qeydə
alınıb.
Kaxetidə 5, Axalkalakidə 3, Zuqdididə isə 1
belə hal qeydə alınıb.
Qeydə alınan tendensiyaya əsasən seçki
məntəqəsində seçicilər səsvermə kabinəsindən çıxarkən bülletenləri
açaraq müşahidəçilərə və komissiya üzvlərinə kimə səs verdiyini
göstərir.
Sulxan Sabadzenin dediyinə görə, Marneulidə,
Qızılhacılıdakı 49 saylı məntəqədə onların müşahidəçisinə seçki
prosesini izləməyə imkan vermirlər və püşkatma da qanun pozuntusu
ilə həyata keçirilib.