Marneuli rayonunun İmir kəndində
yerləşən 59 saylı seçki məntəqəsində 1198 seçici qeydiyyatdadır.
Xüsusi siyahıda 6, səyyar qutu üçün nəzərdə tutulan siyahıda isə 29
seçici var.
Saat 17:00-dək artıq 647 seçici öz seçimini edib.
Bu vaxtadək məntəqədə şikayət ərizəsi yazılmayıb.
Xatırladırıq ki, prezident seçkilərinin birinci turunda İmir
kəndində fiziki qarşıdurma olmuşdu. “Çoxmillətli Gürcüstan”
təşkilatının müşahidəçiləri bildirdilər ki, onlar hüquq
mühafizəçilərini çağırıblar.
“Marneuli” radiosunun əldə etdiyi məlumata görə, İmir seçki
məntəqəsində seçici səs verməyə gəlib, lakin onun əvəzinə artıq səs
veriblərmiş.
Çoxmillətli Gürcüstan” qeyri-hökumət təşkilatı keçirdiyi brifinqdə
22 saylı Marneuli Seçki Dairəsində bir sıra qanun pozuntuları qeydə
alıblar.
59 saylı seçki məntəqəsi gec açılıb. Bu məntəqədə müşahidəçilər
tərəfindən təbliğata cəhd faktları qeydə alınıb. Seçki məntəqəsi
ərazisində vətəndaşlardan biri Salome Zurabişvilini təbliğ edən
köynək geyibmiş.
İmir kəndinin 59 saylı seçki məntəqəsində seçkilərin birinci
turunda Birləşmiş Müxalifətin namizədi Qriqol Vaşadze 291 səsələ ən
çox səs sayı toplamışdı. “Gürcü Arzusu” tərəfindən dəstəklənən
müstqəil namizəd Salome Zurabişvili isə 222 sseçicinin etimadını
qazanmışdı.