Zurabişvili 58%, Vaşadze 42% - “İmedi”nin eqzitpolunun saat 18:00 üçün nəticələri

“İmedi” teleşirkətinin sifarişi ilə keçirilmiş eqzitpolun saat 18:00 üçün olan nəticələrinə görə, Qriqol Vaşadze səslərin 42 %-ni, Salome Zurabişvili isə 58%-ni toplayıb.


“İmedi” eqzitpolun keçirilməsini “Gallup International” təşkilatına sifariş etmişdi. Qeyd edək ki, bu təşkilatın 1935-ci ildə təsis edilmiş Amerika araşdırma şirkəti “Gallup”la heç bir əlaqəsi yoxdur.

“İmedi”nin sifarişi ilə “Gallup International”-ın sorğu işlərini ACT şirkəti həyata keçirirdi. “İmedi”nin məlumatına görə, saat 20:00 üçün məlumat bir az sonra yayımlanacaq.

Əgər “İmedi”nin eqzitpolunun nəticələri MSK-nın yekun nəticələri ilə uyğun gəlsə, Salome Zurabişvili Gürcüstanın prezidenti olacaq.

“İmedi”nin məlumatına görə, 10 204 seçicinin rəyi soruşulub və səhv ehtimalı 2 faiz təşkil edir.
Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები