Çağırsanız həmin an fiziki olaraq sizin yanınızdayam - Saakaşvili
Rustaveli prospektində Birləşmiş Müxalifətin aksiyasına toplanmış nümayişçilərinə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili canlı bağlantı ilə müraciət edib.
Onun bəyanatına görə, müxalifət mübarizəsinə davam edəcək və o, mütləq “tam qələbə”ilə başa çatacaq. Onun sözlərinə görə, bu hakimiyyətin dəyişməsi və “həqiqi xalq demokratiyasının” qayıtmasını nəzərdə tutur.

Saakaşvili dəstəkçilərinə eləcə də bildirib ki, lazım olan halda “fiziki olaraq” xalqın yanına gələcək.

“...Bizim mübarizəmiz tam qələbə, Gürcüstanda oliqarxlar hakimiyyətinin dəyişməsi və həqiqi xalq demokratiyasının qaytarılması, gürcü xalqının idarəçi olması ilə başa çatacaq.

Bu mübarizədə əlbəttə, bərabərlər arasında bərabərik. Mən sizlərdən biriyəm. Xüsusi olmaq tələbim yoxdur, amma istəyirəm biləsiniz ki: Bu an sizə lazım gələrəmsə və çağırsanız bu dəqiqə fiziki olaraq sizin yanınıza gələrəm. Bizim liderlərimizin, gənclərimizin
yanına gələrəm, çünki hər birimiz bu qələbəyə bir kərpic qoymalıyıq”
- deyib o.

Ona qədər isə çıxı edən zaman Birləşmiş Müxalifətin indi artıq keçmiş prezidentlik namizədi Qriqol Vaşadze də qeyd edib ki, müxalifət seçkilərin nəticələrinin batil hesab olunması tələbi ilə məhkəməyə müraciət edəcək. O, hakimiyyətə “siyasi böhrandan şıxmaq üçün”işçi qrupu yaratmaq təklif edib və 16 dekabra kimi vaxt verib.

Müxalifət gün qrafikində erkən parlament seçkilərinin tələbi və eləcə də seçki qanunvericiliyini dəyişmək məsələsini saxlayır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google